Bir dönəm Azərbaycan Cüdo Federasiyasında millini baş məşqçisinin köməkçisi qismində çalışmış, hazırda Atilla İdman Kulubunun rəhbəri olan Fərhad Məmmədovla cüdomuzun hazırkı durumu ilə bağlı söhbətləşmək qərarına gəldik.
- Cüdomuzda vəziyyət necədi?
- İki il olar ki federasiyadan çıxmışam. Üç-dörd tələbəm də var yığma komandada. Sözün açığı, dəyişən nəsə yoxdu. Həminki uşaqlardı yenə. Yuxarı yaş quruplarında dəyişiklik görmürəm.
- Qarşıdan Yay Olimpiya Oyunları gəlir...
- Bildiyimə görə 5 nəfər lisenziya qazanıb. Qızlardan da lisenziya əldə edən idmançılarımız var.
- Yeni idmançıların yetişməməsinin səbəbi nədi? Bu idman növünə maraq azalıb, yoxsa şərait yoxdu? Bir mütəxəsis kimi bu barədə nə deyə bilərsiz?
- Yox, demək olmaz ki şərait yoxdu, şərait var. Cüdoda olan şərait heç bir idman növündə yoxdu.
- Bəlkə mütəxəssis çatışmazlığından irəli gəlir?
- Mütəxəssis var. Yeniyetmələrdə və gənclərdə nəticələri görürük. Böyüklərdə peşəkarlıq çox olduğu üçün gənclər onları keçə bilmir. Belə desək, daha doğru olar: 2012-ci il Yay Olimpiya Oyunlarından bəri nəticə qazanan hansı idmançılar idisə, yenə həmin idmançılardı. Rüstəm, Orxan, Elmar, Nicat - bu cüdoçular yenə də öndədi. O vaxtı Hacı müəllim idi, mən idim, Ağayar idi, yəni biz idik. Uşaqlar da həmin uşaqlardı.
- Deyilənə görə Maşurenko Beynəlxalq Cüdo Federasiyasının təqdimatı ilə bu posta gətirilib...
- Vallah onu mən deyə bilmərəm, onların öz söhbətləridi, öz işləridi. Elə şeylərdən məlumatım yoxdu.
- Son dönəmlərdə üzə çıxan idmançılar arasında medal ümidləriniz varmı?
- 60 kq-da bizim çox yaxşı idmançılarımız var. Bu çəki dərəcəsində lisenziya əldə edəcəyik, etməmək mümkün deyil. Hardasa, on-on iki idmançı düşünürəm ki, onlardan lisenziya gözləməyinə dəyər. Hansı ki, bu idmançılar dünya mükafatçıları, Avropa çempionlarıdı.
- Yay Olimpiya Oyunları hər bir idmançı üçün əsas sınaq meydanıdı. Sizcə, ötən illərə müqayisədə bu dəfə uğurumuz daha çox olacaqmı? Nə gözləyirsiz Olimpiya Oyunlarından?
- Məncə əvvəlki nəticələr təkrarlanacaq. Yenə həminki idmançılardı, elə onlar da hazırda yaxşı formadadılar. Təbii ki, rəqiblərdən və püşkün nəticələrindən də çox şey asılı olacaq.
Rafael
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol