"Milan"ın basketbol komandasının oyunçuları və baş məşqçisi maaşlarının bir hissəsini koronavirus pandemiyası ilə mübarizə aparan Lombardiya xəstəxanalarına ayırıblar.
Fanat.Az xəbər verir ki, bu barədə "Milan" bəyanat yayıb. Ümumi ianə 1 milyon avro təşkil edib.
Daha əvvəl klubun sahibi Corco Armani COVID-19-lə mübarizə üçün 1,25 milyon avro bağışlamışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol