17:13 08.05.2020 1324

Ayxan Abbasov: "Avropa Liqasına getməyimizə başqa cür baxılmamalıdı"

"Sumqayıt" futbol klubunun baş məşqçisi Ayxan Abbasovun "Report”a müsahibəsi

- Mayın 23-də Premyer Liqanın bərpa olunacağı gözlənilsə də, karantin müddəti uzadıldı. Bu qərar sizi məyus etmədi?

- Hamımız ümidli idik ki, karantin götürüləcək, məşqlərə başlayacağıq. Həqiqətən xəbəri eşidəndə üzüldük. Amma bu, insanların sağlamlığı üçün atılan addımdır. Yəqin, təhlükə var. Risk etməyə dəyməz. Hələ ki gözləyirik.

- Bu gün Avropada elə ölkələr var ki, orada həm yoluxma halı, həm də ölüm faizi Azərbaycanla müqayisədə xeyli yuxarıdır. Buna baxmayaraq, həmin ölkələr artıq futbolun bərpası ilə bağlı ilkin addım atıblar. Bizdə də ən azından futbolçuların kiçik qruplar şəklində məşqlərə başlamasına icazə verilə bilməz?

- Birincisi, həmin ölkələr öz nüfuzuna görə bizdən irəlidədirlər. İkincisi, onlarda pandemiya bizdən daha əvvəl başlayıb və indi yoluxma azalan qrafiklə gedir. Düzdür, federasiyalar qərar veriblər, amma hələ çempionatların başlayacağı dəqiq deyil. Dövlətimiz digər ölkələrlə müqayisədə daha tez tədbirlər gördü. Bu gün yoluxmanın az olması həmin tədbirlərin nəticəsidir. İnanıram ki, Operativ Qərargah risk görməsə, futbolçuların da məşqlərə başlamasına icazə veriləcək.

- Bu gün mövsümün mümkün bərpası ilə yanaşı, ləğvi də gündəmdədir. Çempionatı davam etdirmək mümkün olmasa, avrokuboklara vəsiqə turnir cədvəlindəki hazırkı sıralamaya əsasən veriləcək. Bu isə "Zirə”nin haqlı narazılığına səbəb ola bilər. Çünki "Sumqayıt”la eyni xala malikdir və kubokda mübarizəni davam etdirirlər. Necə düşünürsünüz, mövsümün ləğvi idman prinsiplərinin pozulmasına səbəb olmayacaq?

- Hər kəs istəyir ki, çempionat bərpa olunsun. Amma bir məqam var ki, karantin qaydaları yüngülləşdiriləndən yoluxma sayında artım müşahidə olunur. Halbuki əvvəllər gündə 35-40 nəfər olurdusa, son günlər say 70-i keçir. Bu isə təhlükəlidir. Futbol naminə oyunçuların taleyi ilə oynaya bilmərik. Əlbəttə, çempionatın davamını istəyirik. Amma bir avrokubok vəsiqəsinə görə bu qədər futbolçunu riskə ata bilmərik. Çünki onların da ailələri var, evlərinə gedirlər. Bunların hamısı nəzərə alınır. Məncə, idman prinsipi pozulacaq deyə idmançıların taleyi ilə oynamaq olmaz. İnanıram ki, düzgün qərar olacaq. Təhlükə olmasa, hamı çempionatın keçirilməsinin tərəfdarıdır. Biz hər zaman öz mübarizəmizi aparacağıq. Avrokuboklara getsək də, getməsək də, qarşımıza başqa məqsədlər qoymuşduq. Getməmək heç nə bizi həvəsdən salmayacaq. Digər tərəfdən, bu gün reqlamentə görə, biz 4-cü pillədəyik. Məncə, mövüm ləğv olunsa və "Sumqayıt” Avropa Liqasına getsə, kimsə buna başqa cür baxmamalıdır. Çünki faktiki olaraq komandamız 4-cü yerdədir.

- Çempionatın bərpasına, yoxsa mövsümün ləğvinə inamınız daha böyükdür?

- Mayın 15-dək məşqləri bərpa edə bilsək, çempionatı rahat keçirə bilərik. Çünki 1,5 ay vaxtımız qalacaq. Türkiyə Futbol Federasiyası klublara 1 aydan çox vaxt verdi. Bunlar hamısı götəricilərdir. Fikirləşirlər ki, futbolçular 2 aydır məşq etmirlər, oyunçuların fiziki göstəriciləri çox aşağı düşüb. Amma karantin müddəti uzadılsa, çempionatı bərpa etmək çətin olacaq. Çünki 2,5 aylıq məcburi istirahətdən sonra futbolçuları isti havada meydana çıxarsaq, onları təhlükəyə ata bilərik. İnsanların sağlamlığı hər şeydən önəmlidir. Bunu da düşünmək lazımdır.

- Avropa ölkələrində çempionatın bərpası ərəfəsində bütün klubların futbolçuları, məşqçiləri, əməkdaşları koronavirus testindən keçirilirlər. Premyer Liqa yenidən başlasa, bizdə də belə bir yoxlamaya ehtiyac varmı?

- Əlbəttə, keçirmək olar. Belə bir şey olsa, həmin şəxslər karantinə alınmalı, evlərinə getməməlidirlər. Digər insanlarla ünsiyyətdə olmalı deyillər. Çünki analizdən sonra sabah başqa bir yerə gedə və virusa yoluxa bilər. Azarkeşsiz belə keçirilsə, oyun vaxtı stadionda ən azı 150-200 adam olmalıdır. Ona görə də test götürülərsə, bütün komandalar karantində olmalıdırlar.

- Əmir Ağayev bir neçə gün öncə İsrail mətbuatına açıqlamasında deyib ki, mövsümün sonunda azad futbolçu olacaq. Deyəsən, komandanı tərk etmək istəyir...

- Bizdə bəzi futbolçuların müqavilələri mayın 31-də başa çatır. Əmir də suala cavab verib ki, həmin tarixdən sonra azad agent oluram. Amma hələ heç nə bəlli deyil. Çempionat dayandırılıb, hamı gözləyir. Futbolçular hər dəfə karantin müddətinin uzadılmasından psixoloji olaraq mənfi təsir alırlar. Biz də onlara cavab verməliyik. Müqaviləi mayın sonunda bitən futbolçulara deməliyik ki, çempionat davam edəcək, ya yox. Bu kimi məsələlər bizi narahat edir. Amma bununla bağlı hələ heç bir oyunçu ilə danışmamışıq. Çünki qeyri-müəyyənlikdir.

- Ümumiyyətlə, mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçulardan kimlərin qalıb, kimlərin gedəcəyini özünüzdə müəyyənləşdirmisiniz?

- Biz seleksiya işləri aparanda komandanı 1 illik qurmamışdıq. Onların hamısı ilə bir neçə il birlikdə olmaq istəyirik. Amma burada maliyyə məsələsi daha çox ön plana çıxır. Hazırda bizi qane etməyən futbolçumuz yoxdur. Əksinə, istərdik ki, yeni futbolçular cəlb edib daha da güclənək. Ona görə də hansısa oyunçu barədə qəti fikirləşməmişik.

- Karantin dövründə nə ilə məşğul olursunuz, vaxtınızı necə keçirirsiniz?

- Həqiqətən çətindir. İlk vaxtlar öyrəşəmək üçün daha çox əziyyət çəkdim. İndi bir az uyğunlaşmışam. Daha çox evdə uşaqlarla oluram. Digər tərəfdən, 3 saatdan maksimum istifadə etməyə çalışırıq (gülür). Həm səmərəli, hərdən isə darıxdırıcı olur. Bu vəziyyəti görəndən sonra yaxşı şeylərin qədrini bilməliyik. Yaşamaq nə qədər gözəldirsə, dünyanın nemətləri də bir o qədər yaxşıdır. Amma görürük ki, bu gün nemətlərdən istifadə edə bilmirik. Hər şey qaydasına düşəndən sonra inanıram ki, bu günləri fikirləşib çox şeyin qədrini biləcəyik.

- Virusa yoluxmamaq üçün nə edirsiniz, hansı təhlükəsizlik tədbirlərini görürsünüz?

- Avropa ölkələrində durum acınacaqlıdır. Köməkçilərimdən biri ispaniyalıdır. O danışanda adam təşvişə düşür. İtaliyada da vəziyyət yaxşı deyil. Şükürlər olsun, bizdə hər şey nəzarət altındadır. İlk vaxtlar maskadan istifadə edir, əlimi tez-tez spirtlə dezinfeksiya edirdim. İnsanlarla çox ünsiyyətdə olmamağa, evdə qalmağa çalışırdım.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

23:13

Skandinaviyada görünməmiş transfer savaşı

22:44

Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X