NBA Oyunçular İttifaqının prezidenti, "Oklahoma"nın point-qardı Kris Pol və digər ulduz basketbolçular arasında qeyri-rəsmi telekonferans keçirilib.
Fanat.Az "Yahoo! Sports"a istinadən xəbər verir ki, Lebron Ceyms, Entoni Deyvis, Kevin Dyurent, Yannis Adetokumbo, Kavay Lenard, Stefen Körri, Demian Lillard və Rassell Uestbrukun iştirakı ilə baş tutan telekonfansda 2019-20 mövsümünün bərpası müzakirə olunub. Onların hamısı mövsümün yenidən başlamasını yekdilliklə dəstəkləyiblər.
Sözügedən basketbolçular təhlükəsizlik tədbirləri görüldükdən sonra parketə çıxmaq barədə ortaq razılığa gəliblər.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol