"Keşlə” anqolalı hücumçu Aleksandr Kristovao ilə müqavilə müddətini uzatması barədə məlumat yayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqavilənin şərtlərinə əsasən futbolçu növbəti mövsümün sonunadək "Keşlə"nin şərəfini qoruyacaq.
Qeyd edək ki, buna qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara, Miyusko Boyoviç, Stanislav Namaşko, Rəşad Əzizli və İlkin Qırtımovla müqavilə müddəti artırılıb, Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev və Rəhman Hacıyev isə komandamıza transfer olunublar.
Onu da qeyd edək ki, "Keşlə”nin Aleksandr Kristovao ilə müqavilə imzalaması xəbərini ilk dəfə Fanat.Az
yaymışdı.