"Zirə" Adrian Skarlatake ilə yolları ayırıb.
Klubdan ayrıldığı ilə bağlı məlumatı Fanat.Az-a futbolçunun özü verib. Rumın oyunçu iyulun 21-də ölkəsinə yola düşəcəyini də açıqlayıb.
Qeyd edək ki, 34 yaşlı müdafiəçi 2018-ci ildən "Zirə"də çıxış edirdi.
Fanat.Az