"Keşlə"nin yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, klub Yunis Hüseynova tapşırılıb.
Qeyd edək ki, Bakı təmsilçisinin çalışdırıcısı Tərlan Əhmədov müəmmalı şəkildə istefaya göndərilmişdi.
55 yaşlı Yunis Hüseynov məşqçi karyerası ərzində "Karvan" (2004-2007, 2008-2009), "Standart" (2007), "Xəzər Lənkəran" (2002, 2015-2016) və "Kəpəz" klublarına (2017) başçılıq edib.
Fanat.Az