İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Neftçi Media” MMC-ni dövlət qeydiyyatına alıb.
Fanat.Az "Report"a istinadən xəbər verir ki, yeni şirkət "Neftçi" Peşəkar Futbol Klubu” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 64-də qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə "Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Əbülfət oğlu Allahverdiyevdir.
Qeyd edək ki, yeni yaradılmış "Neftçi" TV "Neftçi Media"nın tərkibində fəaliyyət göstərir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol