19:21 16.09.2020 1351

Fatih Terim: "Qarabağ"ın "Neftçi" ilə rəqabətdə olduğunu bilirəm"

"Uzun illər sonra yenidən Bakıda olduğum üçün çox xoşbəxtəm. "Qalatasaray" avrokuboklara öyrəncəli komandadır. Hər zaman sonadək mübarizə aparır. Açığı, püşkdə "Neftçi"nin adını görəndə çox sevindik. Azərbaycan bizim üçün sevgisindən şübhə etmədiyimiz ölkədir. "Qarabağ"ın "Molde" ilə oyununu izləyəcəyik. Azərbaycan təmsilçisinə uğurlar arzu edirəm. İnanırıq ki, mərhələni keçəcəklər. Bu komandanın "Neftçi" ilə rəqabət apardığını bilirəm. Heyətdə dəyişiklik edib-etməyəcəyimizə sabah qərar verəcəyik. Futbolda ümumi qayda var: ən önəmli matç qarşımızdakı oyundur. "Neftçi" ilə görüş də bizim üçün vacibdir. Sıx qrafiki nəzərə alaraq, bütün oyunçuların buna uyğunlaşmaları lazımdır. Buna görə birinci və ikinci nömrə futbolçuların sintezindən komanda qura bilərik. Buna rotasiya demək olmaz".
 
"Report"un məlumatına görə, bu fikirləri Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terim UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
 
67 yaşlı mütəxəssis bildirib ki, Türkiyə Super Liqasının ilk turunun "Qaziantep"lə oyununda (3:1) etdiyi oyunçu dəyişiklikləri avrokubok matçı ilə bağlı deyil: "Mənim həmin vaxt belə bir fikrim yox idi. Fiziki məsələləri də nəzərə alıb digər oyunçulara da şans verdim. Komandamız həmin gün çox yaxşı mübarizə aparmışdı".
 
Terimin sözlərinə görə, komanda hava limanı və oteldə böyük sevgi ilə qarşılanıb. Lakin o, meydana qələbə üçün çıxacaqlarını diqqətə çatdırıb: "Neftçi"nin 2 matçını izlədim. Biri Şimali Makedoniya "Şkupi"si, digəri isə "Sumqayıt"la görüşləri idi. "Neftçi" 3 mövsümdür eyni səviyyədə oynayan komandadır, Azərbaycanda 2 güclüdən biridir. Bu mövsüm hələ səfərdə oynamamaları maraqlıdır. Emin Mahmudov, Yusuf Laval, Tallison Dias və Stiven Monrozun önəmli oyunçu olduqlarını bilirəm. Xeyirlisi nədirsə, o da olacaq". 
 
"Qalatasaray"ın hər yerdə sevildiyini deyən Terim Azərbaycanda komandasına xüsusi münasibətdən məmnunluq ifadə edib. O, gələcəkdə Bakıya təlim-məşq toplanışları və oyunlar üçün gəlmələrinin mümkünlüyünü diqqətə çatdırıb: "Burada "Qalatasaray"a anormal dərəcədə maraq var. Sosial məsafəni isti məsafəyə döndərsək, daha sıx münasibətlərimiz qurulacaq. Azərbaycandakı "Qalatasaray"lıları sevindirmək, Bakıda gözəl günlər keçirmək istəyərik".
 
O, "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədovun "Qalatasaray"ı mübarizədən kənarlaşdıracaqları ilə bağlı fikirlərinə münasibət bildirib: "İddialı insanları sevirəm. Baş məşqçi nə deməlidir? Desin ki, bizi udacaqlar? Belə şeylər xoşuma gəlir. Görək, dediyi ilə etdiyi üst-üstə düşəcəkmi". 
 
Təcrübəli mütəxəssis azərbaycanlı futbolçunun "Qalatasaray"da yer alması üçün özünün istəkli olması, "sarı-qırmızılar"a üstünlük verməsi, Türkiyə təmsilçisinin isə onu bəyənməsinin vacibliyini söyləyib.  Qapıçı Fernando Musleranın ayağının qırılmasına üzüldüklərini deyən Terim uruqvaylı oyunçunu yüksək qiymətləndirib: "Allah betərindən saxlasın. Daha tez meydana dönməsi üçün həkimlərimiz çalışırlar. Amma digər qapıçılarımıza da güvənirik. İnanıram ki, onlar da etimadımızı doğruldacaqlar. Musleranın isə karyerasını "Qalatasaray"da bitirəcəyinə ümidvaram. Belə oyunçuya sahib olduğumuz üçün xoşbəxtik". 
 
AVRO-2020-də Türkiyə millisinin 2 matçını Bakı Olimpiya Stadionunda keçirəcəyini xatırladan "Qalatasaray"ın baş məşqçisi Azərbaycanı öz məmləkətləri saydığını deyib: "Əvvəlki oyunlarımızı başqa stadionda keçirmişdik. Bu isə yeni stadiondur. İnşallah, yeni arenada yaxşı nəticələr qazanarıq. Azarkeşsiz oynamaq mənfi cəhətdir. Böyük komandaların böyüklüklərinin ən böyük səbəbi azarkeşləridir. Azarkeş olmadıqda hər iki komanda bərabər şəraitdə olur. Azarkeşsiz oynamağın bizim üçün mənfi cəhət olduğu dəqiqdir. Çünki bizim burada da azarkeşlərimiz var". 
 
Mövsümün "Qalatasaray" üçün ağır keçəcəyini deyən Terim təkcə Superliqada 40 oyun keçirəcəklərini və mövsümün çox ağır alınacağını söyləyib. O, transferləri niyyət və hədəflərinə uyğun həyata keçirəcəklərini bildirib: "Transfer xatirinə transferlər etməyəcəyik. Yaş ortalaması və hədəflərimizə uyğun oyunçular almağa çalışacağıq. Çətin mövsümü qarşılayacaq mövsümdə hər mövqedə iki oyunçuya malik olmaq istəyirik. Maddi durumu da nəzərə almalıyıq. Maliyyə problemlərini aradan qaldırmadıqca hər bir komandanın vəziyyəti çətin olacaq".
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Avqust 2026
13:44

Dünya Seriyası:Azərbaycan millisi uduzdu, “Neftçi SOCAR” gözləyir

13:06

Azər Bağırov "Qarabağ"a qarşı tam heyətlə mübarizə aparacaq

12:38

Romero "Atletiko"nun şərəfini qoruyacaq - RƏSMİ

12:11

Avropa Liqasında bütün pley-off cütləri bilindi

11:40

1-ci Liqa nə vəd edir? - İddialıların imkanları, ortababların isə sayı artıb

11:15

Debütant ilk matça itkisiz çıxacaq

10:54

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura yekun vuruldu - Nəticələr/Fotolar

10:08

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:41

İmmobile karyerasını başa vurdu

09:00

MPL: "İmişli" "Araz-Naxçıvan"a qarşı, çempion "Sabah"ın "Kəpəz"lə ÇL "məşq"i

01:43

Super Liqa: "Qalatasaray" doğma meydanda "büdrədi"

14 Avqust 2026
23:36

"Başlanğıc üçün vacib qələbə idi" -Kurban Berdıyev

23:11

Kaxaber Tsxadadze "Turan Tovuz"la matçdan sonra belə danışdı

22:45

"Çelsi" "Mançester Yunayted"in 15 yaşlı gəncini qaçırır

22:05

"Fənərbağça" TFF-yə müraciət edir: "Konyaspor" matçı təxirə salınsın

21:41

"Neftçi" İmad Farajla yollarını ayırdı

21:27

MPL: "Turan Tovuz"a 1 qol bəs etdi

21:09

"Ayaks"ın 55 milyonluq ulduzu PSJ-yə keçir

20:44

Bakıda beynəlxalq badminton turniri start götürdü

20:07

Gimnastımız Fidan Qurbanlı Dünya çempionatında ölkəmizi təmsil edib

19:55

Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb

19:06

Sabah "Zaqatala" yoxlama oyununa çıxacaq

18:47

Zaman Zamanlı "Zaqatala"da

18:04

Ayxan Abbasov “Sabahın Ulduzları” turniri barədə fikirlərini bildirib

17:48

"Tvente" tanış rəqib olsa da..." - Sabiq futbolçusu "Qarabağ"a inanır

17:30

"Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi

17:11

"Qarabağ"ın "Şamaxı" ilə oyununun biletləri satışa çıxarıldı

17:05

"Trendyol" CEV EuroVolley 2026 Women" Avropa çempionatının titul sponsoru oldu

16:53

Ağasəlim Mircavadov: "Tvente"nin hücum xətti yaxşıdır, amma..."

16:35

"Zirə" debütantla oyuna tam heyətlə hazırlaşır

16:17

"Neftçi"nin "Sumqayıt"la oyuna neçə itki ilə çıxacağı bəlli oldu

15:58

İmad Faraj tibbi müayinədən uğurla keçdi

15:40

"Qalatasaray" Batrakova rəsmi təklif göndərdi

15:22

Samir Əliyev "Qarabağ - "Tvente" mübarizəsindən nə gözləyir? - AÇIQLAMA

15:04

"Qarabağ"ın "Tvente" ilə səfər oyununu albaniyalı hakim idarə edəcək

14:46

"Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq

14:26

"Mənə elə gəlir ki, "Qarabağ" "Tvente"ni də keçəcək"

14:08

"Qarabağ" - "Tvente" oyununun hakimləri açıqlandı

13:50

Neymar "Santos"da "partladı"

13:32

Arif Əsədov: "Son qələbə "Tvente"ni də keçmək üçün təkan ola bilər"

Facebookdan bizi izləməyi unutmayın.
X