Cüdo üzrə Azərbaycan millisinin noyabrın 19-da Çexiyanın paytaxtı Praqada start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
Bu barədə "Report"a federasiyanın baş katibi Elmar Babanlı məlumat verib. Onun sözlərinə görə, yarışda ümumilikdə 14 idmançı çıxış edəcək.
Kişilərin yarışında Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Telman Vəliyev, Rüstəm Orucov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), qadınların mübarizəsində isə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian (57 kq) və İrina Kindzerska (+78 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa çempionatı noyabrın 21-dək davam edəcək.
Fanat.Az