Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəmanlarımızdan biri də şəhid Elman Əliyevdir.
Həm idmançı, həm musiqiçi olan Elman Əliyev ö qanı ilə tarix yazaraq adını əbədi olaraq ürəklərə yadıran qəhrəmandır...
Elman Əliyev 1994-cü ildə Mingəçevir şəhərində dünyaya göz açıb. Mingəçevir şəhər 18 nömrəli məktəbdə təhsil alıb. Şəhidimiz avarçəkmə üzrə keçrilən yarışlarda medallar, diplomlar qazanıb.
Həmçinin öz gözəl səsiylə muğam ifa edib. Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.
Ondan geriyə qazandığı diplomlar, medallar və şərəfli Şəhid adı qalıb.