15:46 18.12.2020 1932

Ötən il bu vaxt idmanda döyüşürdü, indi Zəngilanda ad günü keçirir - FOTO/VİDEO

"Müharibənin ilk günlərindən – sentyabrın 28-dən hərbi xidmətdəyəm. Əvvəl Goranboyun Ballıqaya kəndi istiqamətində hərbi xidmətdə olmuşam. Daha sonra Murovdağ uğrundakı döyüşlərdə iştirak etmişəm. Sonra Goranboydakı hərbi hissəyə göndərilmişəm. Daha sonra isə cənuba göndərilmişəm. Əvvəl Qubadlıda olmuşam, indi isə Zəngilandayam”.

Bu sözləri oxu.az-a MMA üzrə Rizin Qran-Pri kəmərinin yüngül çəkidə çempionu, Azərbaycanın tanınmış idmançısı Tofiq Musayev deyib.


Tofiq Musayev döyüşdəki təəssüratlarından danışıb:

"Açığı, erməni ilə əlbəyaxa döyüş imkanım olmayıb. Olsaydı, döyüş fəndlərimdən istifadə edə bilərdim. Amma müharibədə əsas gücü silah oynayır. Çox yaxın-yaxına döyüşürsən. Filmlərdəki dava-davaya bənzəsə də, burada bir güllə həyatına son qoya bilər”.

Zəngilanda kəşfiyyat tağımının komandiri, rütbəcə leytenant olan Tofiq Musayev nə vaxt tərxis olacağını bilmədiyini qeyd edib:

"Zəngilan Ermənistanla sərhəddə yerləşir. Deyilənə görə, Dövlət Sərhəd Xidmətinin əsgərləri bura gətirilməlidirlər. Bundan sonra biz işimizi başa vurub tərxis ola bilərik. Amma hələ ki, heç bir qərar yoxdur. Ola bilər ki, DSX-ya kömək məqsədilə hələ bir müddət də burada qalaq. İstənilən halda, Vətənə borcumuzu yerinə yetirməkdən bezməmişik”.


O, 31 yaşını Zəngilanda qeyd etməsindən də danışıb:

"Bəli, bir neçə gün əvvəl 31 yaşım tamam oldu. Ad günümü əsgərlərlə birgə keçirdim. Ağlıma da gəlməzdi ki, nə vaxtsa ad günümü Zəngilanda keçirərəm”.


Xatırladaq ki, Tofiq Musayev Azərbaycan MMA tarixində ən uğurlu karyera quran idmançılarımızdandır. O, qeydiyyata alınan 21 döyüşdən 18-də qələbə qazanıb. Ardıcıl 14 görüşdə qələbə qazanan Musayev ötən ilin dekabrın 31-də bir gündə iki döyüş keçirməklə Yaponiyada keçirilmiş Rizin Qran-Pri kəmərinin sahibi olub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

22 May 2024
01:55

Ranyeri karyerasını bitirdi

01:15

"Çelsi" Poçettino ilə vidalaşdı - RƏSMİ

21 May 2024
22:49

"Revanş hissi ilə alışıb-yanırdım" - Xasay Həsənli

21:06

"Mançester Yunayted"dəki dostlarım məni öldürər, amma..." - Devid Bekhem

20:51

AÇ-2024: İngiltərə millisinin 33 nəfərlik heyəti belədir

19:45

Premyer Liqanın ən sürətli qolu açıqlandı - VİDEO

19:01

Ziya qızıl medal qazandı

18:43

Rəşad bürünc medal aldı

18:23

Bakıda təşkil olunacaq dünya çempionatının təqdimat mərasimi keçirildi

18:11

Azərbaycanın daha iki güləşçisi Avropa çempionatının finalına yüksəldi

17:56

Peşəkar Çövkən Liqasında I tur start götürdü

17:29

AMF-in rəsmi saytı fəaliyyətə başladı

17:13

UPL-də qol vuran azərbaycanlı heç-heçədən şikayətləndi

16:55

Nə Henderson AÇ-yə aparılır, nə Sterlinq, nə də...

16:37

AÇ-2024: Portuqaliya millisinin heyəti açıqlandı

16:16

AFFA-da "yarpaq tökümü" başlayır

16:00

Toni Kroosdan gözlənilməz qərar - Özü açıqladı

15:42

AÇ-2024: Sloveniya millisinin heyəti açıqlandı

01 Yanvar 1970
04:00

15:28

Peşəkar Çövkən Liqasının açılış mərasimi oldu

15:11

Benzema gələcəyi ilə bağlı qərarını verdi

14:53

Avropa çempionatının bombardirinə bu mükafat veriləcək - FOTO

04:00

04:00

04:00

14:36

İskonun AÇ arzusu yenə reallaşmadı - SƏBƏB

14:17

Tçkayevi ilk raundda yendilər

13:50

Azərbaycan millisinin Albaniya və Qazaxıstanla oyunlarının hakimləri bilindi

13:28

"Olimpik Marsel"in 3 futbolçusu gülləbaran edildi

13:10

Azərbaycan millisi Qazaxıstan klubuna uduzdu

12:51

Əfsanəvi "Volksvagen" dünyasını dəyişdi

12:23

Klubundan ayrıldı, Alleqrinin yerini tuta bilər

12:05

"Bayern" daha bir "Tottenhem"lini aparır - Bu qiymətə

11:47

Ross Barkli bu kluba satıldı

11:29

Mbappe vida ziyafəti verdi - Makron da qatıldı

11:10

Karlo Ançelottinin oğlu "Real"dan ayrılır - Baş məşqçi təklifi aldı

10:49

Daha bir idmançımız Yaponiyada dünya çempionu oldu

10:28

Benzema Səudiyyə Ərəbistanından qaçmaq istəyir, amma...

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:45

Azərbaycan çempionatında pley-off cütü müəyyənləşdi

Facebookdan bizi izləməyi unutmayın.
X