15:29 11.01.2021 1150

Bir şəklin tarixçəsi

Tarixi an. Vüqarın rəqibi şoka saldığı şəkildir.

Serbiyaya yola düşəndə balaca fotoaparatımla tarixi anları lentə alacağımı ağlıma gətirmirdim. Əslində Novi Sada gəldiyim gün yaxşı olmayan hadisələr baş verdi. Millimiz ardıcıl qələbələrdən sonra ilk dəfə məğlubiyyət acısı yaşadı, oyundan sonra Sərxan Həşimovla otelin liftində qalmağımız əhvalımızı daha da korladı. Uğursuzluq bununla bitdi və şahmatçılar sonrakı turlarda yalnız qələbə qazandı. Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatında ilk tarixi uğurunun hər dəqiqəsini yaxşı xatırlayıram. Çempionatın sonuncu turunda qrossmeysterlərimiz qızıl medalların sevincini yaşamaq üçün Hollandiya komandasını məğlub etməliydi. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov partiyalarını heç-heçə başa vurduqdan sonra bütün nəzərlər Vüqar Həşimova yönəldi. Əgər o, ikinci taxtada Daniel Stelvagenə qalib gəlməyi bacarsaydı, millimiz 2,5:1,5 hesabı ilə qələbə qazanıb fəxri kürsünün zirvəsində çempionluğunu bayram edəcəkdi. Hamı oyunu bitirib və lövhə qarşısında yalnız Vüqar mübarizəni davam etdirir.

Saatlar keçir, yorğunluq özünü göstərir. Vüqarın oyununda bərabər vəziyyət yaranır, yalnız beşinci saat Həşimov rəqibi səhv etməyə məcbur edir. Ümid artır. Şəhriyarın üzü gülür, Teymur bəndənizə "narahat olma, yaxşı olacaq" söyləyir. Rauf Məmmədov "Sənan, bu gün çempion bizik. Bunu qırmızı hərflərlə yazarsan" deməklə məni daha da ürəkləndirir (sonradan azerisportda Raufun sözləri elə qırmızı hərflərlə yazılır). Və bütün arenanın diqqəti Vüqar Həşimova yönəlir. Rəqib nə qədər ciddi müqavimət göstərsə də, görüş nə qədər uzansa da, Vüqarın tarixi gedişindən sonra Stelvagen uduzduğunu etiraf edir. Və Azərbaycan ÇEMPİON elan olunur!

Sevincimizdən ağlamaq istəyirik. Hamı bizi təbrik edir. Vüqar çoxlu sayda əcnəbi jurnalistin qarşısında yeganə azərbaycanlı media nümayəndəsi - bəndənizə yaxınlaşaraq yavaş səslə deyir: "İlk müsahibə sənindir. Çünki sən həmişə bizimləsən".

Vüqar, Şəhriyar, Teymur, Rauf, Qədir, Eltacı həmişə birlikdə görmüşəm. Son 7 ildə Vüqarın bizimlə olmaması çox kədərlidir. Şəhriyarla Teymuru görəndə özümdən asılı olmayaraq gözüm Vüqarı axtarır. Çünki bu üçlük dünyanın istənilən şahmat komandasını mat edə bilərdi. 11 yanvar Vüqarın bizi tərk etdiyi gündür. Azərbaycan Vüqarı və VÜQARLI çempionluğu heç vaxt unutmayacaq. Ruhun şad olsun çempion.

Sənan ŞƏFİZADƏ

P.S Çəkdiyim tarixi fotonu ilk dəfə paylaşıram. Çünki arxivimdə belə qiymətli şəkilin olmasını unutmuşdum.
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

10:07

Portuqaliya Super Kubokunun qalibi bilindi

09:38

Dünya çempionatı: İlk "qızıl"ı qazanmaq mümkün olacaq?

09:00

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - SƏBƏB

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

23:12

Antonio Silva "Bornmut"a keçdi

22:38

Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb

22:21

Mançester nəhəngi onun üçün hərəkətə keçir

Facebookdan bizi izləməyi unutmayın.
X