Bir vaxtlar ən perspektivlilərdən tennisçilərdən sayılan avstraliyalı Bernard Tomiç 2020-ci ildə də bir idmançı kimi heç nə ilə yadda qalmadı. Gənclər arasında "Australian Open-2008" və "US Open-2009"un qalibi olan Tomiçin intizamsızlıq və rəngarəng qalmaqallar üzündən uğurlu karyera qura bilmədiyi heç kimə deyil. İctimai qınağı nəzərə almayan, özbaşınalıqları səbəbindən dəfələrlə cərimələnən tennisçinin sevgilisi də özündən geri qalmır.
Aktiv "Instagram" istifadəçisi olan Vanessa Syera sosial şəbəkədəki istifadəçilərinin sayını şəxsi həyatı gündəmdən düşməyən Bernardın hesabına artırır. Əlbəttə, paylaşdığı fotolar izləyicilərinin çoxalmasının əsas səbəblərindəndir.