10:06 01.03.2021 786

Əli Rəhimzadə: "Bəzi səhvlərdən rəqibə xallar verdi"

Azərbaycan güləşçiləri üçün bu il ikinci yarış Kiyev turniri oldu.

Fanat.Az xəbər verir ki, fevralın 26-dan 28-dək Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən ənənəvi yarışda idmançılarımız 6 medal qazandı.

Sərbəst güləşçilərimizdən Əli Rəhimzadə 65 kq-da bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Ötən il İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazanan həmyerlimiz bir illik fasilədən sonra qatıldığı növbəti yarışda da uğurlu çıxış etməyi bacardı.

Rəhimzadə Azərbaycan Güləş Federasiyasının saytına verdiyi açıqlamada Kiyev turnirinə hazırlıq və yarışdakı çıxışı ilə bağlı bunları deyib:

"Əslində ilin əvvəlində Fransada keçirilən qran-pri turnirində də iştirak etməliydim. Ancaq zədələndiyim üçün Nitsaya gedə bilmədim. Daha sonra Bakıda fiziki hazırlıq üzərində qurulmuş yaxşı təlim-məşq toplanışı keçdik. Fevralın 8-dən Mahaçqalada toplanışa başladıq. Dağıstanın ən güclü güləşçiləriylə birgə yüksək səviyyədə toplanış keçdik. Bizim orada hazırlıq keçməyimiz çox xeyrimizə oldu. Güclü rəqiblərlə işlədik. 61 və 65 kq-da çıxış edən güclü güləşçilərlə məşq etdik. Onlar da Rusiya çempionatına hazırlaşırdı. Bizim orada təlim-məşq toplanışı keçməyimizə şərait yaradan AGF rəhbərliyinə, səhvlərimizi bir-bir başa salan baş məşqçimiz Namiq Abdullayevə və böyük məşqçimiz Zəlimxan Hüseynova minnətdaram.

Turnirə gəlincə, bu il ilk yarışıma çıxırdım. Əlbəttə, bir qədər həyəcan var idi. Ancaq ilk görüşdən sonra bu həyəcan keçdi. Yalnız ukraynalı Vasili Şuptarla qarşılaşma çətin keçdi. Bu da ona görə idi ki, qırğız Alibek Osmanovla görüşdən cəmi 15 dəqiqə sonra məni xalçaya çağırdılar. Şuptar təcrübəli güləşçidir. Ancaq son saniyələrdə qələbə xalını ala bildim. Şota Partenadzeylə görüş 3:3 başa çatsa da, həmin qarşılaşmanı rahat keçirdim. Çünki qələbə qazanacağıma inanırdım. Finalda məğlub etdiyim Qırğızıstan güləşçisi də güclü idi. Açığı, finalda Turan Bayramovla qarşılaşacağımı düşünürdüm. Təəssüf ki, Ernazar Axmataliyevlə görüşdə bəzi səhvlərdən rəqibə xallar verdi. Yoxsa Turanla finalda maraqlı görüşümüz ola bilərdi”.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 May 2024
23:13

AL: "Roma" "Bayer"in məğlubiyyətsizliyinə son qoya biləcək? - YENİLƏNİR

23:07

KL: İtaliyada erkən qol - YENİLƏNİR

21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

15:43

"Bu, yaxşı fürsətdir" - Edin Terziç

15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

12:39

Konte özünü ingilis klubuna təklif etdi

12:20

ÇL: Həftənin ən yaxşı qolu hansı olacaq?

12:02

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

11:47

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:29

Kənan Kərimov "İmişli" üzərində qələbəni şərh etdi: "Matçın əvvəlindən bilinirdi ki..."

11:08

"Traktor" Təbrizdə liderdən xal aldı

10:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:08

PSJ-ni Almaniyada belə məyus etdilər - VİDEO

09:47

Yüksək Liqada mövsümə yekun vurulur

09:25

Ronaldu "Əl-Nəsr"i finala daşıdı

09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

Facebookdan bizi izləməyi unutmayın.
X