16:44 02.03.2021 1099

Erməniləri udan güləşçimiz: "Məğlub olmaq ağlımdan belə keçmirdi"

Azərbaycanın sərbəst güləşçisi, Kiyevdə Ukraynanın tanınmış məşqçi və güləşçilərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin bürünc medalçısı Turan Bayramovun "Report"a müsahibəsi

- Turnirin 1/16 finalında Ukraynanı təmsil edən erməni güləşçi Qor Ohannesyan üzərində əzmkar qələbə qazandınız. Həmin gün - fevralın 26-sı Xocalı faciəsinin 29-cu ildönümü günü idi. Yəqin ki, bu amil görüşün önəmini birə-beş artırırdı...
- Yarışa çox ciddi hazırlaşmışdım. Hələ yolda olarkən püşk atılmış, rəqibim müəyyənləşmişdi. Xocalı soyqırımı bizim qan yaddaşımızdır, bu tarix heç kimin yadından çıxmayacaq. Yəni, həmin günün önəmini çox gözəl başa düşürdüm. Ohannesyan Ukraynanın həmin çəkidə ən güclüsüdür. Onun erməni olması mənim üçün ikiqat motvasiya, məsuliyyət idi. Özümü artıq psixoloji cəhətdən həmin görüşə hazırlayırdım. Məğlub olmaq ağlımdan belə keçmirdi. Sevinirəm ki, çətin də olsa, ona qalib gəldim.

- Bəs finala çıxmağınıza nə mane oldu?
- Düşünürəm ki, əsas səbəb görüşlər arasındakı vaxtın azlığı oldu. Rəqiblərim də az-çox tanınmış güləşçilər idilər. Bütün görüşlərim gərgin keçdiyi üçün sonda yorğunluq özünü göstərdi və nəticədə finala çıxa bilmədim.

- Bürünc medal uğrunda rəqibiniz Ukraynanın digər erməni əsilli idmançısı Erik Aruşanyan oldu. Əvvəlki görüşdən fərqli, bu dəfə daha rahat və inamlı qələbə qazandınız...
- Bu iki görüş arasında heç bir fərq olmadı. Bütün rəqiblərə eyni ciddiyətlə yanaşıram. Mənim üçün güclü-zəif söhbəti yoxdur. Təbii ki, rəqiblərim erməni olanda daha motivasiyalı çıxış edirəm. Yəni, uduzmağı ağlıma belə, gətirmirəm. Rəqibim ermənidirsə, məndən güclü olsa belə, döşək üzərinə tam konsentrasiya ilə çıxıram və daha yaxşı güləşməyə çalışıram. Həm Ohannesyan, həm də Aruşunyanla görüşlərdə motivasiyam yüksək idi. Bilirsiniz ki, Vətən müharibəsi yenicə başa çatıb, üstündən çox vaxt keçməyib. Bu ərəfələrdə belə qələbələr mənə əlavə stimul verir.

- Maraqlıdır ki, indiyədək qarşılaşdığınız erməni güləşçilərin heç birinə uduzmamısınız...
- Bunun xüsusi səbəbi yoxdur. Sadəcə, erməniləri heç vaxt özümə rəqib görməmişəm. Çünki biz onlardan çox güclüyük. Bəlkə də qələbələrimin əsas sirri bundadır.

- Vətən müharibəsindən söz düşmüşkən, şəxsi məşqçiniz Abil İbrahimovun sözlərinə görə, həmin ərəfədə idmanı atıb, cəbhəyə yollanmaq istəmisiniz. Necə oldu ki, sonradan fikrinizi dəyişdiniz?
- 44 günlük müharibə vaxtı idmandan təmiz soyumuşdum. Hətta məşqçim üstümə qışqırırdı ki, belə etmə, sənin işin güləş xalçasındadır. Amma özümə gələ bilmirdim. Gəncədənəm, ora raket atılan vaxt şəhərdə idim. Hər şey gözümün qabağında baş verirdi. Şəhidlərimizi, yaxınlarını itirən insanları görəndə çox pis olurdum. Hətta bir dəfə hamıdan xəbərsiz səfərbərliyə yazılmaq istədim. Son anda atam məni saxladı ki, belə etmək olmaz, sən mübarizəni öz sahəndə aparmalısan. Bildirdi ki, sənin kimi idmançılara çox ehtiyac olacaq. Məni bu cür sözlərlə sakitləşdirdi. Amma 44 gün ərzində heç vaxt üzüm gülmədi. Ürəklə məşq edə bilmirdim, bütün fikrim cəbhədə idi. Əsgərlərimiz döyüş meydanında tarix yazdılar, mən və mənim kimi idmançılar isə bu sahədə erməniləri məğlub edirik. Harada olur-olsun, qarşımızdakı ermənidirsə, ona qalib gəlmək lazımdır.

- 65 kq-da güləşirsiniz və bu çəkidə Hacı Əliyev kimi lider var. Özünüzü onunla rəqabətə hazır sayırsınız?
- Əlbəttə, Hacı Əliyev çox güclü idmançıdır. Amma bu, o demək deyil ki, Əliyev məğlubedilməzdir və hər yarışa ancaq o gedə bilər. Heç kim sabah nə baş verəcəyini bilmir. Gənc idmançıyam, 20 yaşım yenicə tamam olub. Elə yaş dövründəyəm ki, hər 10 gündən bir məndə dəyişiklik ola bilər. Məsələn, Fransadakı yarışla budəfəki arasında dağlar qədər fərq oldu. Qısa müddətdə güləş üslubum, gücüm daha da yaxşılaşdı. Hər gün məşqlərimi artırıram. Hacı Əiyevlə qarşılaşıb, necə lazımdırsa mübarizə aparıb, ona da qalib gəlmək istəyirəm. Çünki uşaqlıqdan onu izləyirəm, hər zaman göz qabağında olub. İndi isə onu məğlub etmək istəyirəm. Ümid edirəm ki, nə vaxtsa rəqib olarıq.

- Qarşıdakı təsnifat turnirlərinə qatılmaq şansınız var?
- Xeyr, lisenziya turnirlərində Hacı Əliyev güləşəcək.

- Bəs Tokio-2020 Yay Olimpiya Oyunlarında necə, iştirakınız mümkündür? Bu çəkidə Kiyev turnirində qızıl medal qazanan Əli Rəhimzadə də var. Sizcə, bu cür nüfuzlu yarışda gənclərə şans verilə bilər?
- Əlbəttə, iştirak edə bilərəm. Əsas lisenziyanın qazanılmasıdır. Olimpiada ərəfəsində kim güclü olsa, yarışa həmin idmançı gedəcək.

- Yəni, özünüzü olimpiadaya hazır sayırsınız?
- Təbii ki. Niyə də olmasın?! Çünki olimpiada iştirakçılarının əksəriyyəti ilə güləşib, onlara qalib gəlmişəm. Bəziləri ilə də təlim-məşq toplanışında üz-üzə gələrək, məğlub etmişəm.
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

10:46

Dünya çempionatının ən yaxşı oyunçusu əməliyyat olunacaq

10:24

AÇ-nin bürünc medalçısı "WTT Youth Contender" turnirinə qatıldı

09:55

"Pafos" məğlub oldu, Murad Məmmədov isə...

Facebookdan bizi izləməyi unutmayın.
X