13:24 08.03.2021 916

Mariya Stadnik: “İldə yalnız bir gün qadın kimi xatırlanmağı sevmirəm”

"Qadın hara, idman hara” düşüncəsində olan insanların yanlış fikrə qapıldığının ən yaxşı nümunəsi kimi onu göstərmək olar.

Əslən ukraynalı olsa da, milliləşdirilən saysız-hesabsız idmançılar arasında, şübhəsiz ki, ən yaxşısıdır. Qatıldığı əksər yarışlarda qazandığı medallarla Azərbaycan bayrağını dalğalandırır, himnini səsləndirir.

Dəfələrlə Avropa və dünya çempionu olmasına, Avropa Oyunlarını, İslam Həmrəyliyi Oyunlarını qazanmasına, Yay Olimpiya Oyunlarında gümüş və bürünc medala layiq görülməsinə baxmayaraq, titullarından çox sadəliyi, təvazökarlığı ilə azarkeşlərin sevimlisinə çevrilib.

O, şübhəsiz ki, 8 Mart Beynəlxalq Qadınlar Günündə tribuna almağa ən layiqli xanım idmançılarımızdandır. Söhbət Azərbaycanın ən titullu idmançılarından olan qadın güləşçimiz Mariya Stadnikdən gedir. Ən böyük hədəfi bu yay Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq olan 32 yaşlı Stadnik 8 Mart bayramı ilə əlaqədar apasport.az saytının ünvanladığı 8 sualı cavablandırıb.



- 8 Mart sizin üçün nə deməkdir və təqviminizdə harada yer alır?
- Heç bir məna kəsb etmir, adi günlərdən biridir. İldə yalnız bir gün qadın kimi xatırlanmalı olduğumu sevmirəm. Mənim üçün həmişə münasibət daha önəmli olub. Əgər bu yalnız bayramda baş verirsə, heç bir əhəmiyyət kəsb etmir. Çünki 8 mart adi gündür.

- 8 Martda sizin üçün ən dəyərli hədiyyə nə olub və kimdən, nə vaxt almısınız?
- Keçən il uşaqların öz əlləri ilə düzəltdikləri kartpostal.

- 8 Mart günündə təlim-məşq toplanışında və ya hansısa turnirdə olduğunuz an olub?
- Düzü, xatırlamıram. Çünki bu bayramı qeyd etmirəm.

- Ümumiyyətlə, heç yerdə qeyd etmirsiz?
- Evdə qeyd etməyi xoşlayıram.
 


- Daim toplanışlarda və yarışlarda olursunuz. 8 Martı özünüzü xanım kimi hiss etməyiniz baxımından da xüsusi hesab etmirsiniz?
- Bəli, ola bilər.

- Azərbaycanın ən titullu idmançılarından birisiniz, milyonlarla pərəstişkarınız var və demək olar ki, hər kəs sizi sevir. Maraqlıdır, Mariya Stadnik ən çox hansı qadına simpatiya bəsləyir?
- Mənim üçün güclü, müdrik və gözəl bir qadının nümunəsi Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevadır.

- Kimdən alacağınız hansı hədiyyə sizi təəccübləndirə bilər?
- Mən bayram günü deyil, gözləmədiyim anda hədiyyə almağı xoşlayıram.



- Sizin özünüzün xanımlarımıza hansı sözünüz var?
- Arzu edirəm ki, qadınlar təkcə 8 Martda özlərini qadın kimi hiss etməsinlər.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

Facebookdan bizi izləməyi unutmayın.
X