İsveçrəli məşhur tennisçi Roje Federer Tokio 2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.
Fanat.az xəbər verir ki, 39 yaşlı raketka ustasının adı İsveçrə Olimpiya komandasının heyətində yer alıb.
Əfsanəvi tennisçi Olimpiadada təkbətək mübarizədə qalib gəlməklə karyerasında önəmli boşluğu doldurmaq niyyətində olduğunu açıqlayıb.
Qeyd edək ki, Pekin-2008-də Stan Vavrinka ilə cütlərin yarışında çempion olan Roje, fərdi mübarizədə London-2012-nin gümüş mükafatçısıdır. O, finalda ev sahibi Endi Mürreyə yenilmişdi. "Böyük Dəbilqə" seriyasının 20 qat qalibi Rio-2016-da zədə səbəbindən iştirak etməyib.
Sahib