Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 4 avqust idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir:
Atalanta Olimpiya Oyunları
1996-cı ilin bu günü ABŞ-ın Atlanta şəhərində XXVI Olimpiya Oyunlarının bağlanış mərasimi baş tutub. Tədbirdə 197 ölkədən 10 320 (6 797 kişi və 3 523 qadın) idmançı iştirak edib.
Antonio Valensiya (Antonio Valencia)
1986-cı il 4 avqust tarixində Ekvador çempionu (2005), 2 qat İngiltərə çempionu (2011, 2013), FA Kubokunun qalibi (2016), 2 dəfə İngiltərə Liqa Kubokunun qalibi (2010, 2017), 3 dəfə FA Superkubokunun qalibi (2010, 2013, 2016), Ekvadorda iki dəfə ilin futbolçusu seçilən (2008, 2009) Antonio Valensiya dünyaya gəlib.
Cinah müdafiəçisi daha çox "Mançester Yunayded" klubunda çıxışı ilə tanınır.
İvar Yohansson (İvar Johansson)
1903-cü ilin bu günü yunan-Roma güləşi üzrə 72 və 79 kq çəki dərəcələrində 2 qat Olimpiya çempionu (1932, 1936), 6 qat Avropa çempionu (1931, 1934, 1935, 1937, 1938, 1939), Avropa çempionatının gümüş (1930) və bürünc (1929) medalçısı, sərbəst güləşdə - 79 kq çəki dərəcəsində Olimpiya çempionu (1932), 3 qat Avropa çempionu (1934, 1935, 1937), Sərbəst və yunan-Roma güləşi üzrə 22 qat İsveç çempionu (1928-1943) İvar Yohansson dünyaya göz açıb.
Emin Şəmsiyev