Konfrans Liqasında Kipr AEL-i ilə qarşılaşan "Qarabağ" yerli azarkeşlərin təzyiqinə məruz qalıb.
Fanat.Az xəbər verir ki, komanda üzvləri meydana daxil olduqdan sonra ehtiyat oyunçular skamyasına üz tutan futbolçulara qarşı aqressiv davranıblar və onları oturmağa qoymayıblar. Yalnız klub rəsmilərinin UEFA nümayəndəsinə şikayət etməsindən və onun müdaxiləsindən sonra məsələ yoluna qoyulub.