18:30 10.08.2021 1441

Millimizin liderindən baş məşqçi təyinatına münasibət: \"Mənə stimul verdi\"

"Mövlud müəllimin gəlişi karyeramı davam etdirmək üçün mənə əlavə stimul verdi. Fikrimcə, onunla çalışmaq yığmada hamının ürəyincə olacaq".

Bunu Fanat.Az-a Azərbaycan cüdo yığmasının üzvü Rüstəm Orucov deyib. Mövlud Mirəliyevin milliyə baş məşqçi təyin olunmasına münasibət bildirən Olimpiya mükafatçısı sevincini gizlətməyib: "Xəbəri eşidəndə çox sevindim. Mövlud müəllimin gəlişi karyeramı davam etdirmək üçün mənə əlavə stimul verdi. Fikrimcə, onunla çalışmaq hamının ürəyincə olacaq. Nizam-intizama diqqət yetirir. Nə baş versə, həmin məsələnin komandanın içində həll olunmasına üstünlük verir. Bir sözlə, kişi adamdır. Əla məşq metodu var. Ən azından Peter Zayzenbaherin vaxtında yığmada köməkçi-məşqçi işləyib. Bu sahədə ilk addımlarını təcrübəli mütəxəssisin yanında atıb.

2017-ci ildə keçirilən dünya çempionatının An Çanq-rimlə yarımfinal döyüşünə məni Mövlud Mirəliyev çıxarmışdı. Məni döyüşə elə hazırlamışdı ki, qalib gələcəyimə əmin idim. Yanımda Ruslan Maşurenko olanda həmin inamı hiss edə bilmirdim. Ən önəmlisi, Mövlud müəllimin yaxşı psixoloji təsir keyfiyyətləri var".

Millimizin lideri keçmiş çalışdırıcı Fərhad Məmmədovu da yığmada görmək arzusunu ifadə edib: "Mən əvvəldən yığmada yerli məşqçilərin çalışmasının tərəfdarıyam. Fərhad müəllim də qayıtsa, ideal komanda olarıq. Fərhad Məmmədovla Mövlud Mirəliyevin bir illik fəaliyyət dönəmi hər şeyi deyir. Avropa çempionatından 5, dünya çempionatından 3 medalla qayıtdıq. Bakıdakı İslam Həmrəyliyi Oyunlarında əksəriyyət çempion oldu. Doğrudur, o vaxt fundamenti Zayzenbaher qoymuşdu, amma işi uğurla davam etdirməyə də bacarıq lazımdır. Əsas odur ki, uğursuz Maşurenko dönəmini geridə qoyduq. Məncə, indi hər şey yaxşı olacaq".

Qeyd edək ki, bu gün Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib. İclasda cüdo üzrə kişilərdən ibarət milli komandaya yeni təyinatlar olub. Pekin Olimpiadasının və açıq dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev yığmanın baş məşqçisi, Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov, İlham Məmmədov və Zaur Babayev isə onun köməkçiləri təyin edilib.

Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:35

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

Facebookdan bizi izləməyi unutmayın.
X