13:34 10.09.2021 2377

"Bazel"lə yalnız "Qarabağ" başabaş mübarizə apara bilər" - SORĞU

Konfrans Liqasının qrup mərhələsinə yüksələn "Qarabağ"ın rəqiblərindən biri Qazaxıstanın "Kayrat" klubudur. 

Fanat.Az sözügedən ölkənin idman jurnalistləri arasında sorğu keçirib. Onlar "Bazel" (İsveçrə), "Qarabağ", "Kayrat" və "Omoniya"nın (Kipr) yer aldığı H qrupunu dəyərləndiriblər. 

Tlek Adrışev, "SportsArena.kz" saytının əməkdaşı, "400 zərbə" layihəsinin müəllifi: "Qurban Berdiyev baş məşqçi postuna təyin ediləndən sonra "Kayrat" cəmi bir rəsmi matça çıxıb ki, onda da yetərincə baxımlı oyun sərgiləyə bilməyib. Bu üzdən mütəxəssislər və jurnalistlər komandanın nə dərəcədə dəyişdiyi barədə dəqiq fikir səsləndirməyə çətinlik çəkirlər. Hərçənd, baş məşqçinin xarizmasını və bacarığını əsas götürərək daxili birincilikdə çempion titulunu qoruyacağını və Konfrans Liqasının qrup mərhələsində özünü yaxşı tərəfdən göstərəcəyini güman edirlər. "Qarabağ"la oyunlar təbii ki, xüsusi əhəmiyyət daşıyacaq. "Həyatda qardaş, meydanda rəqib" deyimini nəzərə alsaq, bu matçlar olduqca önəmlidir. Sovetlər dönəmindən bəri bu iki ölkənin komandaları arasında keçirilən görüşlər yetərincə prinsipial alınır. "Kayrat"ın qrupdan çıxmaq şansı 50-nin 50-yədir. Berdiyev olmasaydı, 40-ın 60-a, hətta 30-un 70-ə deyərdim. Əlbəttə, digər tərəfdən, Almatı təmsilçisinin əsas gücünü yerli çempionata və ya avrokubok matçlarına yönəltmək amili də var. Ümumilikdə, qrupda ilk iki yerin türk duetinə - "Qarabağ"la "Kayrat"a qismət olmasını arzulayıram. Klublarımızın qrupdan çıxmasını, avrokubok mübarizəsini yazda da davam etdirməsini istəyərdim".

Aydın Xocahmed - futbol eksperti, "Kozhakhmet_inside_official" teleqaram kanalının müəllifi: "Kayrat"ın düşəcəyi istənilən qrup çətin olacaqdı. Almatı təmsilçisinin bu səviyyədə matçlar üçün təcrübəsi yoxdur. Bununla belə,komanda yetərincə güclü və rəqabətə davamlıdır. Heyətdə Vaqner Lav, Xose Kante kimi parlaq ifaçıların olduğunu da unutmamalıyıq. Qazaxıstan klubunu avrokubokların təsnifat mərhələlərindəki oyunlara nəzərən mühakimə etməyə dəyməz. Məncə, qrupda daha güclü olacaqlar. Əvvəla, çox güclü baş məşqçiləri var. Bundan başqa, Polşa millisinin yarımmüdafiəçisi Yatsek Quralski də komandanın sıralarına dönüb. Dizindəki zədə üzündən yarım il oynamayan Quralski "Kayrat" üçün çox şey deməkdir. Belə deyim, Yatsekli və Yatseksiz "Kayrat"  iki fərqli komandadır. Fikrimcə, "Bazel" qrupun favoritidir. Hə, bu kollektiv nə "Roma"dır, nə də "Tottenhem", amma ümumi səviyyə və təcrübə baxımından digərlərindən bir qədər üstün görünürlər. Təxminən "Qarabağ"la müqayisə oluna bilər. Məncə, Azərbaycan təmsilçisini də məhz avrokuboklarda müntəzəm çıxış etdiyi üçün favorit statusuyla dəyərləndirmək olar. Bütün hallarda, bu qrupda rəqiblər arasında o qədər də böyük fərq yoxdur. Yəni vəziyyətdən asılı olaraq hər biri, o cümlədən "Kayrat" da qrupdan çıxa bilər".

Vladimir Maltsev - "SportsArena.kz" saytının baş redaktoru: "Püşkatma zamanı komandalar H qrupunda bu ardıcıllıqla düzülüüb: "Bazel", "Qarabağ" "Kayrat", "Omoniya". Risk edərək deyim ki, elə qrup oyunları başa çatanda da bu sıralama dəyişməyəcək. Yəni bu gün belə görünür. Məncə,"Bazel"lə yalnız "Qarabağ" başabaş mübarizə apara bilər. Bu mənada "Omoniya"nın da isveçrəlilərə müəyyən çətinlik yaradacağını ehtimal etmək mümkündür. Təbii, Azərbaycan təmsilçisi təsnifat mərhələsində bir oyun belə, uduzmayıb. "Aberdin" kimi möhkəm komandanı pley-off mərhələsində keçirdiyi hər iki görüşdə üstələməsi də sıradan fakt deyil. "Kayrat" isə Çempionlar Liqasından Avroliqaya, ordan da Konfrans Liqasına yuvarlanıb. Deyərdim ki, pley-offda Lüksemburq "Fola"sı ilə düşdüklərinə görə qrupa vəsiqə qazana bildilər. Hə, Qurban Berdiyev faktoru da diqqət mərkəzindədir. Onun "Rubin"i çalışdırarkən "Barselona" üzərində qazandığı qələbə də hələ yaddaşlardan silinməyib. Şübhəsiz, tanınmış mütəxəssisdir. Fəqət "Berdiyev varsa, hamıya həddini göstərəcəyik" məntiqi absurddur. Yaxşı komanda qurmaq üçün vaxt lazımdır. 

Bu mövsüm "Kayrat" arzulanan səviyyədə deyil. Berdiyevli və ya Berdiyevsiz, fərq etmir. Vaqner Lav olmasaydı, batardı... İstər texniki hazırlıq, istər təcrübə, istərsə də başqa nüanslarda komanda yoldaşlarından fərqlənir. Bu da var ki, onun da oyun üslubu artıq "Kayrat"ın Qazaxıstan çempionatındakı rəqiblərinə tanışdır. Ona görə də, birinci mövsümündəki qədər effektli görünmür. Müqayisə aparsaq, xeyli geriləyib. 

"Qarabağ"la bu günlərdə üz-üzə gəlsəydilər,Berdiyev və Lav amili heç nəyi dəyişməzdi. Ancaq oktyabr-noyabr aylarına qədər müəyyən vaxt var. Bu, məntiqlə, "Kayrat"ın işinə yaramalıdır".

İvan Belozyorov - "Prosports.kz" saytının əməkdaşı: "H qrupunda öz ölkələrinin iki çempionu və iki gümüş medalların sahibi yer alıb. Birinci yerə əsas namizəd "Bazel"dir. Qalan üç komandadan hər biri - "Qarabağ", "Kayrat" və "Omoniya" ikinci yeri tuta bilər. Görünın budur ki, qrup mərhələsinin 3-cü və 4-cü turlarında qarşılaşacaq "Qarabağ"la "Kayrat"ın şəxsi oyunlarının nəticələri birbaşa və ya dolayı yolla pley-offa vəsiqələrdən birinin taleyini müəyyənləşdirəcək. Qazaxıstan komandasıyla duellərdə Azərbaycan təmsilçisinin əsas üstünlüyü avrokubokların qrup mərhələlərində yığdığı zəngin təcrübə və iki eyni səviyyədə qapıçıya malik olmasıdır. "Qarabağ"ın heyətində Şahruddin Məhəmmədəliyevlə Emil Balayev varsa, "Kayrat"da bütün ümidlər Stas Pokatilovadır. Hər hansı səbəbdən meydana çıxa bilməsə, "çərçivə" gənclərə həvalə ediləcək. Öz növbəsində Almatı "drujina"sı "Rubin" və "Rostov"la Avropa nəhənglərinə meydan oxumuş mütəxəssisin - Qurban Berdiyevin rəhbərliyi altında oynayacaq. Əlbəttə, Berdiyev komandanı cəmi bir rəsmi görüşə çıxarıb və həmin oyunda "Kayrat" praqmatik oyunla Lüksemburq "Fola"sını 3:1 hesabıyla məğlub edib. İndidən nə isə demək çox çətindir. Sualın cavabına sentyabrın 12-də Qazaxıstan çempionatında "Ordabası", 16-da isə Konfrans Liqasının birinci turu çərçivəsində "Omoniya"ya qarşı keçirəcəkləri matçlarda aydınlıq gələcək".

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 May 2024
22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

21:40

Renduliçdən qələbə şərhi: "Hələ heç nə bitməyib"

20:58

MPL: "Zirə" "Turan Tovuz"a, Sabah" "Araz-Naxçıvan"a qalib gəldi 

20:15

İtaliyalı ulduz "Qalatasaray"a dönür

19:40

Almaniyada oynayan futbolçu Almaniyaya gedə bilməyəcək

19:30

"90 dəqiqə rəqibdən üstün oynadıq" - Ayxan Abbasov

18:54

Rəşad Sadıqov Tovuzdakı  qələbəni belə şərh etdi

17:40

Avropa Kuboku: Azərbaycan millisi növbəti medalı qazandı

17:00

"Karyeramla bağlı müəyyən planlarım var" - Qazaxıstan klubundan ayrılan milli üzvü

16:20

İngiltərə nəhəngi türkiyəli ulduzla anlaşdı - SON DURUM 

15:47

"Borussiya Dortmund"un məşqçisi "Beşiktaş"da - Danışıqlar başladı

15:16

“Bakı Marafonu-2024”ün qalibləri bəlli oldu

14:38

"Bunu demək üçün mütəxəssis olmaq lazım deyil" - Aslan Kərimov

13:59

Qvardiola 5:1-i və Holandın pokerini dəyərləndirdi

13:23

Bakıda keçirilən turnirə yekun vurulur

12:52

Tyaqo Silva yeni klubu ilə razılığa gəldi - Detallar 

12:00

"Öz oyunumu necə qiymətləndirə bilərəm? Çox pis” - Rza Cəfərov

11:40

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

11:00

Günün oyunları bu kanallarda - AFİŞA 

10:38

“Bakı Marafonu 2024” marafonu start götürdü

10:00

Messi şou göstərdi - Argentinalı karyerasında ilk dəfə bunu reallaşdırdı

09:26

Avropa Kuboku: Cüdoçularımızdan ilk gündə 10 medal

01:40

"Real" 36-cı çempionluğunu rəsmiləşdirdi

01:25

“Monako”dan darmadağın

01:10

"Sassuolo" yenə "İnter"ə qənim oldu

00:51

"Bayern"dən növbəti məğlubiyyət

00:12

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

04 May 2024
23:50

Şahruddinin komandası səfərdə sevindi

23:00

"Komandamı ən az "Neftçi"yə qarşı motivasiya edirəm" - Qurbanovdan 5:0 şərhi

22:46

“Qarabağ” müdafiəçisi ilə yeni müqavilə bağladı

22:40

"Azarkeşlərdən üzr istəyirəm" - Miodraq Bojoviç

21:21

MPL: Tovuzda qalib olmadı, "Qarabağ" "Neftçi"ni darmadağın etdi

21:00

Daha bir komanda Premyer Liqaya yüksəldi - 22 il sonra

19:22

"Stressin səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi"

18:46

"Müdafiəçilərimiz ən zəif oyunlarından birini keçirdilər" - Samir Abasov

18:40

"Bayern" "Barselona"nın ulduzu ilə güclənir - SON DURUM 

17:56

Voleybol: Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

17:32

Kurtua bu mövsüm ilk dəfə meydana çıxır

17:10

Piolinin yeni klubu bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X