13:58 14.09.2021 1374

Münəccimin proqnozu: "Barselona" "2:8"in qisasını ala biləcəkmi?

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində I tura start veriləcək.

Fanat.Az-ın  "Barselona" - "Bayern Münhen" (E qrupu) və "Çelsi" - "Zenit" (H qrupu) oyunlarına proqnozunu təqdim edirik:

Turun mərkəzi görüşü "Kamp Nou"da keçiriləcək. Yüksək maliyyə sıxıntısı yaşayan "Barselona" "rekordmayster"ə qalib gələ biləcəkmi, yoxsa yox? "Münəccim" necə hesab edir?

"Barselona" 

Ronald Kumanın (Ronald Koeman) başçılıq etdiyi kollektiv PSJ-yə keçən Lionel Messisiz və "Atletiko Madrid"ə yollanan Antuan Qrizmansız (Antonie Griezmann) ilk ÇL oyununa çıxacaq.

Maliyyə problemi yaşayan klub İspaniya La Liqasına yaxşı başlayıb. Açılış turunda "Real Sosyedad" üzərində inamlı qələbə qazanıb (4:2). II turda "Atletik Bilbao" ilə heç-heçə edən komanda III turda "Xetafe"ni 2:1 hesabı ilə məğlub edib.

Sonuncu dəfə Çempionlar Liqasında 2:8 hesabı ilə məğlub olduqları "Bayern Münhen"ə qarşı "Barselona"nın bugünkü çıxışı olduqca maraq doğurur. 

"Bayern Münhen"

Dəyişikliklər alman klubundan da yan keçməyib. İyul ayında komandaya 34 yaşlı Yulian Nagelsman baş məşqçi təyin olunub. Gənc mütəxəssis yeni klubunda aktivinə bir qənimət yazdıra bilib. Komanda Almaniya Superkubokunun finalında "Borussiya Dortmund"u 3:1 məğlub edərək titulu əldə edib.

"Bayern Münhen" Bundesliqaya da yaxşı start verib. 4 turdan sonra komanda 10 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. İlk turda səfərdə "Borussiya Mönhenqladbax"la heç-heçə edən klub növbəti 3 turda "Köln"ü (3:2), "Herta"nı (5:0), və səfərdə "Laypsix"i (1:4) məğlub edib. Bundan əlavə "rekordmayster" Almaniya Kuboku çərçivəsində səfərdə aşağı liqa təmsilçisi "Bremer"i 12:0 hesabı ilə məğlub edib.

Klublar arasında keçirilən son 5 oyun:

"Barselona" - "Bayern Münhen" 2:8
"Bayern Münhen" - "Barselona" 3:2
"Barselona" - "Bayern Münhen" 3:0 
"Bayern Münhen" - "Barselona" 2:0
"Barselona" - "Bayern Münhen" 0:3 

Proqnoz

Rəqiblər bir-birlərini yaxşı tanıyır və oyun üslublarına bələddir.

Ötən mövsüm komandaların qarşıdurmasını görmüşük. Almanlar 1/4 finalda "Barselona"nı 8:2 hesabı ilə məğlub edərək  mərhələyə çıxmağa şans verməmişdi. Həmin dönəmdə hələ Kataloniya klubunda Lionel Messi və Luiz Siarez (Luis Suares) oynayırdı. Onlar belə "Alman maşını"na qarşı çıxa bilməmişdi.

"Barselona"nın bu mövsüm nisbətən güclü olmasını demək çətindir, amma klubun yeni və təcrübəli lideri Memfis Depay (Memphis Depay) var. Kumanın kollektivi gərgin mübarizəyə hazırdır. 

Münəccim düşünür ki, katalonlar revanş əhvalındadır və rəqibin qapısına yol tapmağa çalışacaqlar. Qonaqlar isə favorit statusunu qoruyub saxlamağa üstünlük verəcək. Hər iki komandanın ifasında açıq futbol olacaq. Qol baxımından maraqlı oyun gözlənilir.

İlk proqnoz 2-dən daha çox qol olacaqğı (2,5 üst) proqnozudur. Xarici bukmeker kontorları bu proqnoza 1,5 əmsal təklif edir.

"Bayern Münhen" hazırda sürətlə irəliləməkdədir. Obyektiv olaraq alman klubunun favorit olduğunu demək olar. 

Daha bir proqnoz qonaqların qələbəsinədir. Kontorlar bu variantı 2,05 əmsalla qiymətləndirir. 

Risk etməyi sevənlərə isə 5,90 əmsalla təklifimiz var - qonaq komandanın ("Bayern Münhen") 2 top fərqi ilə qələbə qazanması proqnozu.

Günün maraqlı oyunlarından biri də "Çelsi" və "Zenit" klubları arasında baş tutacaq.

"Çelsi" 

Komanda yeni mövsümə artıq iki ünlü titulla qədəm qoyub (ÇL qalibi və UEFA Superkubokunun qalibi).

Tomas Tuxel (Thomas Tuchel) klubun oyununu nəzərə çarpacaq dərəcədə yaxşılığa doğru dəyişməyi bacarıb. 47 yaşlı mütəxəssis yeni futbolçuları ilə dərhal dil tapıb. Ötən mövsüm ÇL-in pley-off mərhələsində "Atletiko Madrid", "Portu" və "Real Madrid" klublarının öhdəsindən gələn London təmsilçiləri finalda "Mançester Siti" kimi nəhəngi üstələyərək kuboka sahib olub. Klub rəhbəri  Roman Abramoviç hazırda istədiyi "Çelsi"ni izləyir.

İPL-in başlanğıcına "zadəganlar" üç qələbə və bir heç-heçə ilə başlayıb. Klub 10 xala sahibdir və turnir cədvəlində 4 liderdən biridir.

Komandanın yeni transferi Romelu Lukakunu istənilən halda qeyd etmək lazımdır. Şübhəsiz ki, klubun əsas silahıdır.

Kristian Pulişiç (Christian Pulisic) və Nqolo Kante (Ngolo Kante) isə zədəlidir.


"Zenit"

"Zenit" ötən mövsüm Rusiya çempionatında rəqib tanımadığını bir daha sübut etdi və kuboku başı üzərində qaldırdı. Hər oyunda orta hesabla iki qol vuran komandanın hücum xətti yaxşı performansla yadda qalıb.

Sergey Semakın yetirmələri yeni mövsümə bir kubokla qədəm qoyublar. Rusiya Superkubokunda "Lokomotiv"i məğlub edən peterburqlular ölkə çempionatının lideridir. 7 turdan sonra 17 xal toplayan komanda turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Proqnoz

Qonaqlar bu gün olduqca praqmatik futbol oynayacaq. "Zenit"in əsas məqsədi qol buraxmamaq və hər şeyi cavab oyununa saxlamaq olacaq. Rəqib isə İngiltərə Premyer Liqasının liderlərindən biri "Çelsi"dir. London təmsilçiləri hazırda Avropanın ən yaxşı hücum xəttinə sahib klublarından biridir. Bir sözlə "Çelsi"ni "Zenit"in müdafiə olunması ilə qorxutmaq çətin məsələdir.

"Çelsi"nin sadə qələbəsi olduqca az qiymətləndirilir. Odur ki, "təqaüdçülər"in 2 top fərqi ilə qələbəsini proqnozlaşdırırıq. Kontorlarda bu variantın 3.76 əmsalına rast gəlmək olar.

Qol buraxacağı təqdirdə "Zenit" irəli atılacaq. Bu isə o deməkdir ki, klub ya əldə olunan fürsəti qola çevirə biləcək, ya da açıq oyunla "Çelsi"nin tələsinə düşərək qapısında qol görəcək.

Alternativ proqnoz oyunda 3-dən artıq qol olacağı (3.5 ÜST) proqnozudur. Əmsal qənaətbaxşdir - 2,65.

Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

27 Aprel 2024
19:16

MPL: "Sabah" "Səbail"i inamla yenir - YENİLƏNİR

18:47

Azərbaycan cüdoçusu AÇ-nin finalında

18:07

Azərbaycan taekvandoçularından daha 1 medal

17:50

"Barselona" Kanselu və Felikslə bağlı son qərarını verdi - Biri klubuna qayıdacaq

16:47

"Raşford bilirdi ki, problemlərin səbəbi onun oynadığı futboldur"

16:22

AÇ: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəldi

15:55

Azərbaycan millisi 5 medalla 3-cü oldu

15:39

"Qalatasaray"ın prezidenti postu uğrunda mübarizə aparacaqmı? - Özü açıqladı

15:14

"Milan" Piolini ispan mütəxəssislə əvəzləyir

14:49

"Qaradağ Lökbatan"ın U-17 komandasına danışılmış oyunlarla bağlı seminar keçildi

14:27

Yamalın agenti onu 200 milyona almaq istəyən PSJ-nin rəsmiləri ilə görüşdü

13:58

Azərbaycan taekvandoçuları Tallində 6 medal qazandılar

13:28

Ançelotti son nöqtəni qoydu - Arda Gülər növbəti mövsümə harada başlayacaq?

13:03

"Komanda sayının artırılmasının tərəfdarıyam, amma... - Bəxtiyar Musayev

12:26

MPL: 32-ci turun təyinatları bilindi

11:56

"Baku Sportinq"in yeni stadionu belədir - FOTOLAR

11:24

Antonio Kontenin yeni iş yeri bilindi - 3 illik műqavilə

10:06

FİFA prezidenti "Qarabağ"ı təbrik etdi

09:55

"Traktor" 1/4 finalda

09:20

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

01:25

Arda Gülər "Real"a qələbə qazandırdı

26 Aprel 2024
22:27

"Liverpul" 48 saat ərzində  baş məşqçisinin adını açıqlayacaq

20:20

Qarsiya "Barselona"ya dönəcək? - "Jirona" qərarını verdi

19:33

"Bayern"in azarkeşlərindən rəhbərliyə etiraz - Tuxelə görə

18:45

İspaniyada qalmaqal: Hökümət futbol federasiyasını nəzarətə götürdü

18:21

"O, yaxşı məşqçidir" - Klopp potensial xələfindən danışdı

17:52

"Barselona" bu futbolçusunu yayda satacaq 

17:25

"O, İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusudur" - Fil Foden

17:01

Azərbaycan millisinin üzvü medal qazandı

16:43

Azərbaycan Kuboku: Finalın nominal meydan sahibi bilindi

16:24

"Sabah" "Səbail"lə oyuna neçə itki ilə çıxacaq?

16:04

"Klublar legioner transferində yanlışlığa yol verirlər" - Bəxtiyar Musayev

15:42

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

15:23

Rusiya futbolunda böyük qalmaqal - "Soçi"ni Çeçenistanda zəhərləyiblər?

15:06

"Səbail"in iki futbolçusu "Sabah"a qarşı oynamayacaq

14:45

"O, çox pis oynayır, "Liverpul" yayda yeni müdafiəçi almalıdır"

14:27

Taşuyev yenə getdi - Bu dəfə qovmadılar

14:09

PSJ Fransada yeni rekorda imza atdı - 18 ildən sonra

13:50

"İki ay əvvəl hər şey xarabalığı xatırladırdı" - Rüdiger

13:29

AFFA 10 klubdan altısını cərimələdi

Facebookdan bizi izləməyi unutmayın.
X