Şimali Makedoniyanın Struqa şəhərində şahmat üzrə klublararası Avropa Kuboku turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda ikinci turun oyunları keçirilib.
Azərbaycanı təmsil edən "Vüqar Həşimov" klubu Moldovanın "Perfekt" komandası ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibini çətinlik çəkmədən yenib - 5,5:0,5.
Beləliklə, "Vüqar Həşimov" iki turdan maksimum nəticə ilə ilk "üçlük"də qərarlaşıb.
Komandamız növbəti matçını İsrailin "Beer Şeva" kollektivinə qarşı keçirəcək.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 7 turdan ibarət Avropa Kubokuna sentyabrın 24-də yekun vurulacaq. Turnirin mükafat fondu 44 min avrodur.
Klublararası Avropa Kuboku
II tur
"Perfekt" (Moldova) – "Vüqar Həşimov" (Azərbaycan) 0,5:5,5
Valeri Atlas - Kiril Şevçenko 0,5:0,5
Yuri Korsunski - Vüqar Əsədli 0:1
Mark Qluxovski - Aydın Süleymanlı 0:1
Gennadi Slavin - Ülvi Sadıqov 0:1
Viktor Kuroçkin - Əhməd Əhmədzadə 0:1
Mixail Pleşkov - Murad İbrahimli 0:1
Sahib Əsədbəyli