15:26 26.09.2021 679

Süsən Mənsimzadə: "Əvvəllər futbol oynayan qızlara Aydan gəlmiş adam kimi baxırdılar"

Azərbaycanda futbolun ümumi durumu hər kəsə bəllidir. Milli və klub komandalarımız həm beynəlxalq, həm də ölkədaxili yarışlarda müəyyən nailiyyətlər əldə etmək üçün var gücü ilə çalışır.

Bəs, qadınlardan ibarət futbolun Azərbaycanda vəziyəti necədir? Sputnik Azərbaycan-ın əməkdaşları qadın futbolunun durumunu öyrənmək üçün AFFA-nın Azərbaycanın 15-17 yaşlılara aid qadınlardan ibarət milli futbol komandasının üzvləri, məşqçiləri ilə görüşüblər. Qızlar futbola marağın yaranması səbəblərindən, problemlərdən, perspektivlərdən, uğurlarından söz açıblar.

Qızlardan ibarət Milli Komandanın 24 yaşlı məşqçisi Süsən Mənsimzadə deyir ki, onda futbola maraq 11 yaşında - qardaşı ilə birgə futbol oynayarkən yaranıb, daha sonra o peşəkarcasına bu işlə məşğul olmaq üçün qızlardan ibarət klublara yazılır. Bir illik məşqlərdən sonra o milli komandaya cəlb olunub və 2019-cu ilədək futbolçu karyerasını davam etdirib:

"Hücumçu olmuşam, 12 yaşımdan Milli Komandadayam. Müxtəlif qarşılaşmalarda qol vurmuşam. Karyeramda ən böyük uğurlarımdan biri 2015-ci ildə U19 yığma komandası ilə qarşılaşmada elit mərhələyə yüksəlməyimiz olub. Belçika komandasını 3:0 hesabı ilə udmağımız da mənim üçün yaddaqalan olub".

Qollarının sayını xatırlamasa da, özünün dediyinə görə, Azərbaycan çempionatında bir neçə dəfə bombardir olub və ən məhsuldar oyunçu seçilib. 

O, ən böyük xəyalından da danışıb:

"Ən böyük xəyalım qadınlardan ibarət Milli Komandada məşqçi olmaq idi. Öncə "Keşlə" klubunda baş məşqçi olaraq çalışdım, sonradan 2021-ci ildə isə 15-17 yaşlılardan ibarət Milli Komandaya məşqçi təyin olundum".

S.Mənsimzadənin sözlərinə görə, məşqçi olmağın məsuliyyəti daha çoxdur:

"Məşqçi olmaq ölkəni təmsil etmək, böyük bir komandanın bütün məsuliyyətini üzərinə götürməkdir. Hər zaman daha yüksək nəticələr qazanmağa çalışırıq".

Futbolçu olaraq ilk formasını "Neftçi" omandasında geyinən, məşqçilik fəaliyyətinə isə "Keşlə"dən başlayan həmsöhbətimizin kumiri Nigar Cəlilova və dünyaca məşhur futbolçulardan iolan Marta Silvadır. S.Mənsimzadə bizə bir qədər cəmiyyətdə futbolçu qızlara qınaqlardan da danışıb:

"Adətən futbol oynayan qıza aydan gələn adam kimi baxırdılar. Lakin düşünürəm ki, indiki dövrdə futboçu qıza heç də qəribə baxmırlar. Hazırda da ölkədə kifayət qədər belə futbolçular var. Qadın futbolçular üçün ailə qurmaq mənasında da heç bir problem yoxdur. Tanıdığım futbolçu qadınlar arasında ailəli, övladları olanlar da var. Hər zaman düşünürəm ki, iki insan arasında böyük sevgi varsa, onların işləri ailə qurmalarına heç zaman mane olmur".

Məşqçi deyir ki, ona bu yolda qətiyyətlə addımlamasında isə atası dəstək olub. Atası hər zaman qızının arzularının arxasında olub, əlindən tutaraq onu məşqlərə aparıb.

Onun sözlərinə görə, ölkədə qızlardan ibarət futbolun tanınmamasının əsas səbəbi milli-mentalitet məsələsidir. Qınağın olması qadın futbolunun tanınmasına mane olur. Lakin bəzi müsbət dəyişikliklər də var:

"Demək olar ki, bütün regionlarımızda qadın futbolu yavaş-yavaş inkişaf edir. Düşünürəm ki, hazırda belə futbolçular və məşqçilərin sayı yetərli qədərdir. Müxtəlif bölgələrdən gələn futbolçularımızın fanatları da az deyil. Bu sayın daha da artmasını istəyərdim".

S.Mənsimzadə deyir ki, hazırda 30 nəfərədək idmançı Milli Komandanın elit məşqlərinə cəlb edilir.

"İl boyu məşqlər aparılır və onlardan 20 nəfəri özümüzlə çempionat qarşılaşmalarına aparırıq. Bir futbolçunu Milli Komandaya dəvət etməzdən öncə isə onlar futbolçunun fiziki durumu, topla davranışına fikir verirlər. Bu futbolçuları seçmək üçün U13, U16 liqasına baxış keçirilir. Yaş məhdudiyyəti 17 yaşadək olduğu üçün biz 14-15 yaşlılar arasından seçim edirik. Çalışırıq ki, daha aşağı yaş qrupundan seçim edək və onları tanıyaq".

O, xanımlardan ibarət futbol komandasının perspektivinin daha çox olduğunu deyir:

"Çünki 2019-cu ildə AFFA tərəfindən A milli komandamız yarandı. Bunadək isə qızlar müəyyən yaşa çatdıqdan sonra ya məşqçi olurdu, ya futboldan getməli olurdu. Beləcə onlar futbolu atmaq əvəzinə A Milli Komandada oynamağa başladılar. Hazırda bizim 16-18 futbolçumuz ölkə xaricində forma geyinir. Futbolçularımızda stimul olmalıdır ki, üzərlərində işləsinlər, Milli Komandaya qədər qalxsınlar, özlərini tanıdaraq xarici komandalarda oynamaq üçün şans qazansınlar. Qeyd edim ki, hazırda Aytac Şərifova Qazaxıstanın futbol klubunda forma geyinir. Aysun Əliyeva, Vüsalə Seyfəddinova, Nigar Mirzəliyeva, Kamilla Məmmədova, Jalə Mənsimova kimi xarici klublarda forma geyinənlər də var. Aytac Şərifova "Arsenal"la qarşılaşmada da iştirak edib.

Məşqçi futbolçuların müəyyən qədər qazanclarının olduğunu desə də, bu haqda ətraflı məlumat verməyib:

"Hazırda onların əsas məqsədi qazancdan çox öz üzərlərində işləməkdir. Əminəm ki, müəyyən mərhələdən keçəndən sonra onların qazancları daha çox olacaq, istədikləri pilləyə çata biləcəklər. Qeyd edim ki, 15-17 yaşlılar illər ötdükcə özlərini təsdiq edərək U19-a keçə bilirlər".

Məşqçinin sözlərinə görə, 15 yaşadək  qızlardan ibarət Milli Komandanın yaradılması da müzakirə edilir. O, bu yolda maneələrlə qarşılaşan qızlara səslənib:

"Ən böyük manelər ailədən başlayır. Birinin əmisi, dayısı, valideynləri qız övladlarının futbolçu olmalarını istəmirlər. Başqasının seçdiyi yolla gedəndə, istər-istəməz həmin işə maraq olmur. Ən çətini mental düşüncəni dəyişə bilməməkdir. Düşünürəm ki, bir işi sevmək üçün bütün qızlar arzularının arxasınca getməlidirlər.

O, klubların sponsor tapmaq problemindən də danışdı. Əsas məsələyə gəldikdə S.Mənsimzadə deyir ki, məşqçi olaraq əmək haqqından razıdır, lakin bunun nə qədər olduğunu açıqlamır.  

Digər məşqçi - 24 yaşlı Kader Alimova 12 yaşından futbola gəlib, 18 yaşından isə məşqçilik fəaliyyətinə başlayıb. Bundan sonra həm məşqçi, həm də futbolçu olaraq fəaliyyətini davam etdirib. O maddi dəstəyin normal olduğunu söyləyir. O, deyir ki, xaricə gedəndə orada qaldıqları günlərin sayına görə də onlara ödəniş edilir, bundan əlavə mükafatlar da olur:

"Təxminən ayda bir dəfə xarici səfərimiz olur. Məsələn bu ayın 28-30-u tarixlərində qarşılaşmalarımız olacaq. Albaniyaya yol düşüb bu ölkənin komandasına qarşı oynayacağıq. Hazırda təlim məşq toplantısındayıq və qələbə qazanmaq ehtimalımız yüksəkdir".

Məşqçi deyir ki, Milli Komanda gündə iki dəfə məşq edir.

O özünün futbolçu karyerasından da danışıb:

"Futbolçu olaraq Avropa çempionatılarında oynamışam. Dəfələrlə çempionatlarda iştirak etsəm də, bombardir olmamışam. Qollarımın sayını dəqiq bilmirəm".

Milli Komandanın 15-17 yaşlılardan ibarət futbolçu qızları ilə də həmsöhbət olduq. Zəhra Hüseynlidə futbola maraq məhəllə futbolundan başlayıb. Daha sonra Balakən futbol klubunda forma geyinən həmsöhbətimiz hazırda həm də milli komandanın şərəfini quruyur. Özünün dediyinə görə ailəsi hər zaman ona dəstək olub. Onun əsas uğurlarından biri də forma geyindiyi klubun ölkədə ikinci yeri tutmasıdır:

"Kürdəmirdə yarımfinala çıxmışdıq, 0-2 hesabı ilə uduzurduq, son dəqiqələrdə isə 3 qol vurmuşduq".

O deyir ki, futbol onun təhsildən yayınmasına səbəb olmayıb. Zəhranın anası da qızı ilə bağlı gözləntilərinin çox olduğunu, futbolçu karyerası dövründə hər zaman yanında olacağını bildirib.

Aytac Mirzəyeva isə Milli Komandanın sol kənar müdafiəçisidir və deyir ki, öncədən fubol onun üçün heç bir maraq, əhəmiyyət kəsb etməyib:

"Bir dəfə stadionda "Qarabağ"la "Neftçi"nin oyununu izləməyə getmişdim. Klub yoldaşlarının topla hərəkəti, bir-birlərinə dəstəkləri diqqətimi cəlb etdi. Bundan sonra özümü futbolda yoxlamağı qərar verdim".

16 yaşlı Müjqan Seyidova da futbola "Balakən" futbol klubundan başlayıb. Ailəsi tərəfindən futbola yönəldilən Müjqan deyir ki, futbolçu olaraq fəaliyyətə başladığı dövrdə qızlardan ibarət komanda olmadığı üçün təhsil aldığı məktəbin oğlanlardan ibarət futbol klubunda forma geyinib. İki il oğlanlarla birgə oynadıqdan sonra rayonlarında qızlardan ibarət bir futbol klubu yaradılır və beləcə Müjqan orada forma geyinməyə başlayır. Həmsöhbətimiz 3 ildir ki, Milli Komandada oynayır:

"Xaricdə Milli Komanda adından bir dəfə forma geyinmişəm, hədəfim başqa ölkələrdə bayrağımızı yüksəklərə qaldırmaqdır".

O, müdafiəçi olduğu üçün futbolçu karyerasında qol vurmayıb.

Milli Komandanın qapıçısı Rabiyə Mustafayevada futbola marağı valideynləri yaradıb:

"Əvvəllər futbolu oğlanlarla birgə oynayırdım. Düzü, qızlardan barət futbol klubunun olduğunu bilmirdim. Oyunların birincə qızlardan ibarət futbol klubunun məşqçilərdən biri məni öz heyətinə cəlb etdi".

Rabiyə xanım 13 yaşından futbol oynamağa başlayıb, 1 il sonra isə Milli Komandaya dəvət alıb. Nə qədər qol buraxmağını isə xatırlamır:

"Müdafiə yaxşı olduğundan çox qol buraxmamışam".

Demək olar ki, xanım futbolçularla söhbət ərzində elə də böyük uğurlardan söz açılmadı. Amma hətta bu başlanğıcdan da uca zirvələrə doğru yol açmaq olar.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 May 2024
20:55

MPL: "Səbail" "Qəbələ"yə uduzdu

20:52

"Əminik ki, vəziyyəti dəyişə və finala yüksələ bilərik" - Kilian Mbappe

19:33

İspaniyalı oyunçu "Atletiko" ilə yeni müqavilə bağlamadı - İngilis klubunda oynayacaq

18:45

Fransa futbol tarixinin ən yaxşı müdafiəçisi bilindi - Desayi ikincidir

17:52

"Kocaelispor"un prezidenti Şeydayevi qınadı

17:27

FİFA ilk dəfə futzal millilərinin reytinqini təqdim etdi - Azərbaycanın da mövqeyi bilindi

17:27

Bakı dünyanın "İdman Paytaxtı” seçildi!

17:20

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

17:15

Müller "Real"la cavab matçından nə gözləyir?

16:24

İkiqat dünya çempionunun heyətinə həvəskar futbolçu çağırıldı

16:05

"Heç-heçələr bizi xoşbəxt edə bilməz, amma..." - Daniele De Rossi

15:48

Əfsanəvi argentinalı dünyasını dəyişdi

15:30

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

15:14

"Karyeramı "Araz-Naxçıvan"da bitirmək istəyirəm"

14:55

"Vest Hem"i ispan mütəxəssis çalışdıracaq

14:26

Useyn Bolt Mbappeni yarışmağa dəvət etdi - Fransız futbolçunun cavabı nə oldu?

14:07

Juninyo gedir, yoxsa qalır? - TƏFSİLAT

13:49

Millinin oyunlarının vaxtı bilindi

13:32

"Səbail" "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:14

London nəhəngi keçmiş qapıçısını geri qaytarır

12:55

Abdullah Zubir qərarını verib, amma... - SON DURUM

12:36

Kapitanlardan final öncəsi iddialı danışdılar

12:18

Roke "Barselona"dan gedə bilər - AÇIQLAMA

12:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:41

"Neftçi" son dəfə 10 il öncə bu vəziyyətə düşmüşdü

11:22

"Sumqayıt" öz rekordunu təkrarladı

11:04

AKAF “Bakı marafonu 2024”-də iştirak edib

10:48

"Qarabağ"dan tarixi rekord

10:30

Erik ten Haq dilemma qarşısında - MY-də zədələnməyən müdafiəçi qalmadı

10:12

Minifutbol: Finalçılar müəyyənləşdi

09:49

Azərbaycanlı futbolçuların heç biri 90 dəqiqə oynamadı

09:25

Zidan "Bayern" söhbətinə nöqtə qoydu: "Onların "Real"la oyununu izləyəcəm"

02:04

"Sevilya" 3 xalı 3 qolla qazandı

01:40

On komandadan yalnız biri 3 xala sevindi

01:01

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

00:20

"Bayer" 48-ə darmadağınla çatdı

05 May 2024
23:50

"Qalatasaray" darmadağınla liderliyini möhkəmləndirdi

22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

21:40

Renduliçdən qələbə şərhi: "Hələ heç nə bitməyib"

Facebookdan bizi izləməyi unutmayın.
X