16:12 27.09.2021 687

“Qarabağ”ın büdrədiyi turda kim qazanclı çıxdı? – Tura baxış

Azərbaycan Premyer Liqasında V tura yekun vuruldu. Etiraf etmək lazımdı ki, bu turun qarşılaşmaları yetərincə maraqlı alındı. Hətta qapılara qol vurulmayan “Sumqayıt” – “Qəbələ” görüşü belə darıxdırıcı olmadı. 

Fanat.az V turun qarşılaşmalarına yekun vuraraq aşağıdakı məqamların üzərində dayanmağı lazım bilir:

“Keşlə” – “Qarabağ” 1:1
Qollar:
Aldair Neto, 71 - Abdullah Zubir, 20.

Qüvvələr nisbətini, komandaların hazırkı durumunu bir kənara qoysaq, “Qarabağ”ın “ASK Arena”da xal itirməsini elə də böyük sürpriz kimi qəbul etməməliyik. Son mövsümlərdə “köhlən atlar” bu stadionda tez-tez büdrəyir. “Keşlə” (əvvəllər “İnter”) hansı vəziyyətdə olursa-olsun, “Qarabağ”a qarşı yaxşı motivasiya olunur, sonadək vuruşur. Bu məqamda hansısa gizlin mətləblər axtarmağa da dəyməz. İki komanda çempionatda rəqibdisə, onların bir-birini büdrətməyə çalışması da normal haldır. O cümlədən də “Keşlə”nin “Qarabağ”a “badalaq vurması”. Çox vacib bir məqamı da nəzərə almalıyıq. Qəsəbə təmsilçisi ilk 4 turda xal qazana bilməmişdi və Sənan Qurbanovun “Keşlə”dəki gələcəyi əməlli-başlı sual altında idi. Deməli, onun etimad göstərdiyi futbolçular “Qarabağ”a qarşı həm də çalışdırıcının postunu qorumaq üçün yaxşı mübarizə apardılar. Çox güman ki, daha bir məğlubiyyət Zaur Axundovun “səbr kasası”nın daşması, Qurbanovun “Keşlə” ilə vidalaşmasıyla nəticələnəcəkdi. Aldair Netonun 71-ci dəqiqədə vurduğu qol bu prosesi birdəfəlik də olmasa, müəyyən qədər ləngitdi.

Oyuna gəlincə, razılaşaq ki, “Qarabağ” “Keşlə”dən üstün görünür və yetərincə rahat oynayırdı. Zubirin qolu da yaxşı vaxtda gəldi, artıq 20-ci dəqiqədə “Qarabağ” rəqibini hesabda üstələyir, qələbəyə yaxın tərəf hesab olunurdu. Bəlkə də Ağdam komandasının futbolçuları vaxtından xeyli əvvəl rahatlaşdılar və 3 xalın ciblərində olduğunu düşündülər. Halbuki, qolun davamını gətirmək, hesabı artırmaq üçün yetərincə imkan və zaman vardı. Rəqibin autsayder olması futbolçuları nə qədər arxayın salsa da, süni örtüklü meydanda özünü qorumaq həvəsi də “köhlən atlar”a təsir göstərdi. Toral Bayramovun tirdə “partlayan” zərbəsini xatırlamağımız kifayətdir ki, “Qarabağ”ın qaçırdığı qol şanslarının sayının çox olduğunu qeyd edək. Amma komandanın əsas qol ümidi İbrahima Vadji bu qarşılaşmada imkanlarından aşağı çıxış etdi. “Keşlə”nin hesabı bərabərləşdirdi epizodda isə həm Maksim Medvedev, həm də Şahruddin Məhəmmədəliyev öz vəzifəsinin öhdəsindən gələ bilmədi.

Ümid edək ki, “Omoniya” ilə vacib oyunda futbolçular daha məsuliyyətli davranacaq, “ASK Arena”dakı səhvləri təkrarlamayacaq. Hər halda “Keşlə” ilə oyunda itirilən xalları kompensasiya etmək üçün hələ çox şans olacaq.

“Səbail” – “Zirə” 1:2 
Qollar:
Yurgen Qoxa, 45 - Davit Volkov, 16; 40

Bu mövsüm “Səbail”in işləri qaydasında deyil. Komandanın maddi sıxıntılar çəkdiyi, futbolçuların maaşlarının ödənməsində problemlər və gecikmələr olduğu gündəmi tez-tez zəbt edir. Bununla belə komandanın nəticələri elə də bərbad deyil. Sözsüz ki, Qəbələdəki 0:5 hesablı məğlubiyyəti çıxmaq şərti ilə. “Zirə” ilə qarşılaşmada “dənizçilər” elə aciz görünmürdülər. Davit Volkovun hesabı açdığı epizodda qapıçı Kamran Ağayevlə Camal Araqo arasında anlaşmazlıq yaşandı. Belə bir görüntü yarandı ki, “30” nömrə topu öz qapısına göndərdi. Maraqlıdır ki, Peşəkar Futbol Liqası qolun müəllifi kimi Davit Volkovu göstərib. Hər halda Volkov görüşün ən yaxşılarından idi və məhz bu futbolçu görüşün 40-cı dəqiqəsində özünün və komandasının ikinci qolunu “Səbail”in qapısına vurdu. Bayıl qəsəbəsini ölkə çempionatında təsmil edən “Səbail”in təsəlli qoluna isə əla mövqe seçimi və bitirici zərbələri ilə tanıdığımız Yurgen Qoxa imza atdı.

Bu qarşılaşma ilə bağlı diqqətçəkən çox vacib bir məqam var. Həm Volkov, həm də Qoxa ölkəmizə “Qəbələ”nin dəvəti ilə gəlib, sonra da digər komandalara üz tutublar. Belə yerdə “Qəbələ”nin legioner seçimini, düzgün seleksiya siyasətini alqışlamaq lazımdır.

“Zirə”ylə “Səbail”i irəlidə nələrin gözlədiyini isə növbəti turlardan sonra daha dəqiq demək mümkün olacaq.

“Sabah” – “Neftçi” 1:2 
Qollar:
Aleksey İsayev, 81 - Ramon Maçado, 20. Mamadu Kane, 78.

“Sabah”ın probleminin nə olduğunu müəyyənləşdirmək xeyli çətindir. Bəli, “Neftçi” təkcə “Sabah”la oyunun yox, çempionatın favoriti sayılır, onlara uduzmaq qəbahət deyil. Amma “Sabah”ın nə nəticələri, nə də turnir cədvəlindəki yeri komandanın potensialına və iddialarına uyğun deyil. Komandanın heyətindəki legionerlər də, yerlilər də ölkədəki yaxşılardan sayıla bilər. Di gəl ki, ortada hələ də nəticə yoxdur. Turlar irəliləyir, məğlubiyyətlər sıralanır və “Sabah” ilk pillələrdən uzaqlaşır. İnsafən, “Neftçi”ylə oyunda komanda heç də pis görünmür, rəqibiylə başabaş mübarizə apara bilirdi. Deməli, yaxşı oyunun gələcəkdə nəticə gətirəcəyinə də inanmağa dəyər.

“Neftçi”nin oyundan-oyuna artırdığı göz önündədir. Yeni legionerlər formaya düşür, komandaya uyğunlaşır. Amma hələ işlərin tam qaydasında olduğunu demək də olmaz. Bir maraqlı məqam da odur ki, “Neftçi” udanda da, uduzanda da Samir Abasov nədənsə narazı qalır, mətbuat konfransında bu narazılıqlarını dilə gətirir. Bunun yaxşı, yaxud da pis cəhət olduğunu demirik. Hər halda baş məşqçinin işi mövsümün ortasında limit dəyişikliyini gündəmə gətirib, yeni müzakirələr açmaq yox, komandasını hazırlaşdırıb meydana çıxarmaq, nəticə verməkdir. Samir Abasovun da enerjisini buna sərf edəcəyinə, fikrini oyunu cəmləşdirəcəyinə inanırıq. Əminik ki, belə olanda “Neftçi” daya yaxşı oynayacaq, qələbələri sıralayacaq. “Qarabağ”ın büdrədiyi turda qələbə “ağ-qaralar” üçün vacib idi və onlar da 3 xal qazanmağı bacardılar. 
Artıq liderlərlə aradakı xal fərqi cəmi 1-ə bərabərdir.

“Sumqayıt” – “Qəbələ” 0:0

Az öncə qeyd etdiyimiz kimi, turun son görüşündə qapılara qol vurulmadı. Amma Sumqayıtdakı qarşılaşma həm baxımlı, həm də həyəcanlı alındı. “Qəbələ”nin qapıçısı Nicat Mehbalıyev bir neçə epizodda komandasını qoldan xilas etsə də, “Sumqayıt”ın “çərçivə” qoruyucusu Aydın Bayramovun da işi az deyildi. Hər iki komanda yetərincə hücum qurdu, qol vurmağa çalışdı. Amma bu hücumları məntiqi sonluğa çatdırmaq mümkün olmadı. Çətin “Sumqayıt” səfərində xalla dönən “Qəbələ” “Qarabağ”la xallarını yenidən bərabərləşdirdi. Bu həm də o demək idi ki, “qırmızı-qaralar” heç də təsadüfən çempionatın iki liderindən biri deyil.

İrəlidə bizi bir-birindən maraqlı turlar, qarşılaşmalar gözləyir. Biz də həmin turların həm anonsu, həm də təhlili ilə görüşünüzə gələcəyik. Fanat.az-la qalın.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 May 2024
19:01

MPL: "Səbail" autsayderə qarşı - YENİLƏNİR

18:45

Fransa futbol tarixinin ən yaxşı müdafiəçisi bilindi - Desayi ikincidir

17:52

"Kocaelispor"un prezidenti Şeydayevi qınadı

17:27

FİFA ilk dəfə futzal millilərinin reytinqini təqdim etdi - Azərbaycanın da mövqeyi bilindi

17:27

Bakı dünyanın "İdman Paytaxtı” seçildi!

17:20

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

17:15

Müller "Real"la cavab matçından nə gözləyir?

16:24

İkiqat dünya çempionunun heyətinə həvəskar futbolçu çağırıldı

16:05

"Heç-heçələr bizi xoşbəxt edə bilməz, amma..." - Daniele De Rossi

15:48

Əfsanəvi argentinalı dünyasını dəyişdi

15:30

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

15:14

"Karyeramı "Araz-Naxçıvan"da bitirmək istəyirəm"

14:55

"Vest Hem"i ispan mütəxəssis çalışdıracaq

14:26

Useyn Bolt Mbappeni yarışmağa dəvət etdi - Fransız futbolçunun cavabı nə oldu?

14:07

Juninyo gedir, yoxsa qalır? - TƏFSİLAT

13:49

Millinin oyunlarının vaxtı bilindi

13:32

"Səbail" "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:14

London nəhəngi keçmiş qapıçısını geri qaytarır

12:55

Abdullah Zubir qərarını verib, amma... - SON DURUM

12:36

Kapitanlardan final öncəsi iddialı danışdılar

12:18

Roke "Barselona"dan gedə bilər - AÇIQLAMA

12:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:41

"Neftçi" son dəfə 10 il öncə bu vəziyyətə düşmüşdü

11:22

"Sumqayıt" öz rekordunu təkrarladı

11:04

AKAF “Bakı marafonu 2024”-də iştirak edib

10:48

"Qarabağ"dan tarixi rekord

10:30

Erik ten Haq dilemma qarşısında - MY-də zədələnməyən müdafiəçi qalmadı

10:12

Minifutbol: Finalçılar müəyyənləşdi

09:49

Azərbaycanlı futbolçuların heç biri 90 dəqiqə oynamadı

09:25

Zidan "Bayern" söhbətinə nöqtə qoydu: "Onların "Real"la oyununu izləyəcəm"

02:04

"Sevilya" 3 xalı 3 qolla qazandı

01:40

On komandadan yalnız biri 3 xala sevindi

01:01

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

00:20

"Bayer" 48-ə darmadağınla çatdı

05 May 2024
23:50

"Qalatasaray" darmadağınla liderliyini möhkəmləndirdi

22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

21:40

Renduliçdən qələbə şərhi: "Hələ heç nə bitməyib"

20:58

MPL: "Zirə" "Turan Tovuz"a, Sabah" "Araz-Naxçıvan"a qalib gəldi 

20:15

İtaliyalı ulduz "Qalatasaray"a dönür

Facebookdan bizi izləməyi unutmayın.
X