İspaniyanın Sitjes bölgəsində qadın şahmatçıların dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün qrup mərhələsinin daha iki turu oynanılacaq. A qrupunda yer alan Azərbaycan millisi III və IV tur çərçivəsində müvafiq olaraq Rusiya və Fransa ilə üz-üzə gələcək.
Xatırladaq ki, millimiz dünən baş tutan ilk iki turda Hindistan və Ermənistan yığmaları ilə heç-heçə edib.
Səkkizinci dəfə təşkil olunan yarışda 12 kollektiv mübarizə aparır. Onlar hərəsində 6 iştirakçı olmaqla iki qrupa bölünüb. Hər qrupda ilk dörd yeri tutan komandalar pley-offa vəsiqə qazanacaq.
Millimizin heyəti Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevadan ibarətdir.
Qeyd edək ki, dünya çempionatına oktyabrın 2-də yekun vurulacaq.
Komandalarası dünya çempionatı
Qrup mərhələsi
A qrupu
III tur
Azərbaycan - Rusiya
IV tur
Fransa - Azərbaycan
Xal durumu: Rusiya - 4, Ermənistan - 3, Hindistan - 3, Azərbaycan - 2, Fransa - 0, İspaniya - 0
Sahib Əsədbəyli