22:55 01.10.2021 681

Çempionlar Turu: Rəcəbov uddu, Məmmədyarov uduzdu

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində VI turun qarşılaşmaları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ABŞ şahmatçısı Uesli So ilə münasibətləri aydınlaşdırıb. 34 yaşlı qrossmeysterimiz dörd partiyanın yekununda rəqibini məğlub edib - 3:1. Bununla o, turnirdə ardıcıl üçüncü qələbəsini qazanıb.

Şəhriyar Məmmədyarov isə tur çərçivəsində digər ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Tərəflər arasında ilk oyun heç-heçə başa çatıb. Növbəti partiyanı Məmmədyarov, üçüncü görüşü Nakamura aktivinə yazıb. Dördüncü qarşılaşmada yenidən "sülh" qeydə alınıb. Ardından şahmatçılar arasında iki blits oyunu baş tutub. Qrossmeysterlər hərəyə bir qələbə qazandığından, matçın taleyinə armageddonda aydınlıq gəlib. 36 yaşlı qrossmeysterimiz burada rəqibinə uduzub.

Xalını 18-ə çatdıran Rəcəbov bir pillə irəliləyərək turnir cədvəlində üçüncü sıraya yüksəlib. Bir pillə geriləyən Məmmədyarov isə son - 10-cu yerdə qərarlaşıb. Onun hesabında 6,5 xal var. Sıralamaya 28,5 xalla Maqnus Karlsen başçılıq edir.

Bildirək ki, hər tur ən azı 3, maksimum 4 rapid partiyası oynanılır. Bərabərlik olduğu təqdirdə, blits və armageddona ehtiyac duyulur. İştirakçılar mübarizəyə əvvəlki mərhələlərdə göstərilən nəticələrə əsasən bonus xallarla başlayıb. 

Qeyd edək ki, 9 turdan ibarət turnirə oktyabrın 4-də yekun vurulacaq. 

Çempionlar Turu
Final mərhələsi
VI tur

Teymur Rəcəbov (AZƏRBAYCAN) - Uesli So (ABŞ)  3:1 (1:0, 1:0, 0:1, 1:0)
Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) 4:3 (0,5:0,5, 0:1, 1:0, 0,5:0,5, 0:1, 1:0, 1:0)
Levon Aronyan (Ermənistan) - Yan-Kşiştof Duda (Polşa) 1,5:2,5
Aniş Giri (Niderland) - Maqnus Karlsen (Norveç) 2,5:3,5
Vladislav Artemyev (Rusiya) - Maksim Vaşye-Laqrav (Fransa) 3,5:2,5

Xal durumu: Maqnus Karlsen - 28,5, Uesli So - 21,5, Teymur Rəcəbov - 18, Levon Aronyan - 15, Hikaru Nakamura - 14, Vladislav Artemyev - 13,5, Maksim Vaşye-Laqrav - 12,5, Aniş Giri - 11,5, Yan-Kşiştof Duda - 8, Şəhriyar Məmmədyarov - 6,5.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
01:10

KL: İtaliyada ilə İngiltərədə "qol yağdı"

01:03

AL: "Bayer" Romada inamlı qələbə qazandı

02 May 2024
21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

15:43

"Bu, yaxşı fürsətdir" - Edin Terziç

15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

12:39

Konte özünü ingilis klubuna təklif etdi

12:20

ÇL: Həftənin ən yaxşı qolu hansı olacaq?

12:02

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

11:47

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:29

Kənan Kərimov "İmişli" üzərində qələbəni şərh etdi: "Matçın əvvəlindən bilinirdi ki..."

11:08

"Traktor" Təbrizdə liderdən xal aldı

10:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:08

PSJ-ni Almaniyada belə məyus etdilər - VİDEO

09:47

Yüksək Liqada mövsümə yekun vurulur

09:25

Ronaldu "Əl-Nəsr"i finala daşıdı

09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

Facebookdan bizi izləməyi unutmayın.
X