Gürcüstan cüdo yığmasının Bakı "Böyük Dəbilqə"si üçün ilkin heyəti məlum olub.
Fanat.Az xəbər verir ki, qonşu ölkə millisi yarış üçün 6 kişi cüdoçu sifariş edib. 60 kq-da Luxumi Çxvimiani (dünya və Avropa çempionu) və Jaba Papinaşvili, 66 kq-da Vaja Marqvelaşvili (Tokio 2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu), 73 kq-da Beka Şavdatuaşvili, 90 kq-da Laşa Bekauri (Tokio 2020-nin çempionu) və +100 kq-da Quram Tuşişvilinin (Tokio 2020-nin gümüş mükafatçısı, dünya və Avropa çempionu) Bakıya gəlməsi planlaşdırılır
Ümumilikdə bu günədək turnirdə iştirak üçün qeydiyyatdan keçən ölkələrin sayı 11-dir.
Qeyd edək ki, Bakı "Böyük Dəbilqə"si Zəfər Günü öncəsi - 5-7 noyabrda keçiriləcək.
Sahib Əsədbəyli