İtaliyanın Olbiya şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatında son təmsilçimiz mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, qızların 78 kq-sındakı milli üzvü Nərmin Əmirli startda kanadalı Korali Qodbutla qarşılaşıb. Rəqibinə "ippon" xalı ilə uduzan idmançımız yarışla vidalaşıb.
Beləliklə, Azərbaycan yığmasının mundialdan qazancı iki medal olub. Oğlanların 60 kq çəki dərəcəsindəki təmsilçimiz Turan Bayramov gümüş, 81 kq-da çıxış edən Elcan Hacıyev bürünc mükafata sahib çıxıb.
***11:00
İtaliyanın Olbiya şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, son fərdi yarış günündə bir təmsilçimiz tatami üzərinə çıxacaq. Qızların 78 kiloqram çəki dərəcəsindəki Nərmin Əmirli mübarizəyə 1/16 finaldan start verəcək. O, bu mərhələdə kanadalı Korali Qodbut ilə qarşılaşacaq.
Qeyd edək ki, əvvəlki günlərdə çıxış edən cüdoçularımızdan Turan Bayramov (60 kq) gümüş, Elcan Hacıyev (81 kq) bürünc medal qazanıb. Dünya çempionatına sabah komanda yarışı ilə yekun vurulacaq. Ölkəmiz komanda turnirində təmsil olunmayacaq.
Sahib Əsədbəyli