Tanınmış kosovolu cüdoçu Maylinda Kelmendi karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 30 yaşlı veteran idmançı Kosovo tarixinin ilk Olimpiya çempionudur. O, bu uğura Rio 2016-da imza atıb. Kelmendi həmçinin iki dəfə dünya, dörd dəfə isə Avropa çempionu olub.
Sahib Əsədbəyli