Oktyabrın 16-da Fransanın paytaxtı Parisdə start götürəcək cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, püşkə əsasən Azərbaycan təmsilçilərinin də ilk rəqibləri bəlli olub.
Kişilər
60 kq
1/8 final. Balabəy Ağayev - Jolan Florimont (Fransa)
66 kq
1/16 final. İsmayıl İbrahimov - Robin Korrado (Fransa)
1/16 final. İbrahim Əliyev - Xuan Ernandes (Kolumbiya)
73 kq
1/16 final. Hidayət Heydərov - Enzo Gibelli (Fransa)
1/16 final. Telman Vəliyev - David Lima (Braziliya)
81 kq
1/8 final. Murad Fətiyev - Abrahams Dabonne (Kot-d'İvuar) / Tim Gramkov (Almaniya) cütünün qalibi
90 kq
1/8 final. Məmmədəli Mehdiyev - Ippet Letembet (Konqo) / Aleksis Matye (Fransa) cütünün qalibi
+100 kq
1/8 final. Uşanqi Kokauri - Emre Sanal (Fransa)
Qadınlar
57 kq
1/16 final. İçinxorlu Munxtsedev - Seija Ballhaus (Almaniya)
Qeyd edək ki, 46 ölkədən 283 (165 kişi, 118 qadın) cüdoçunun iştirak edəcəyi yarışa oktyabrın 17-də yekun vurulacaq.