
DÇ-2022-nin seçmə mərhələsində millimizin rəqiblərin olan Lüksemburq yığması ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, komanda Bakıdakı oyunda Lars Jersonu gətirə bilməyəcək.
"Wort.lu" saytının yaydığı xəbərə görə, Norveçin "Brann" klubunda çıxış edən 31 yaşlı müdafiəçisi "Vikinq"lə çempionat oyununda xəsarət alıb.
Bir neçə həftəlik sıradan çıxan Jerson Azərbaycan və İrlandiya ilə görüşləri buraxmalı olacaq.
Qeyd edək ki, noyabrın 11-də Azərbaycanın qonağı olacaq Lüksemburq millisi bundan 3 gün sonra İrlandiyanı qəbul edəcək.