23:43 11.11.2021 703

\"Müqavilə ilə bağlı danışmağın mənası yoxdur\" - Canni De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirilən oyunu şərh edib. 

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis 1:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Jurnalist olsaydım, özümə sual verərdim ki, 70 dəqiqə 10 nəfərlə oynayandan sonra özünü necə hiss edirsən? Cavab verərdim ki, çox pis. İlk buraxdığımız qolda rəqibə məhsuldar ötürmə verdik. 2-ci qoldan sonra balans itdi, mübarizə aparmaq çətinləşdi. Fərqi azaltdıqdan sonra oyuna qayıtdıq və 2 yaxşı fürsətimiz oldu. Fikirləşirəm ki, 10 nəfərlə bundan artığını edə bilməzdik.

Toral Bayramovla Abbas Hüseynov heyətdə olmaması yığmanın çıxışına təsir etdi. Hər ikisi aparıcı futbolçudur. Komandanın oyununda inkişaf görürük. Nəticə üçün bizə yalnız vaxt kömək edə bilər. Planlı şəkildə işləmək lazımdır.

Milli komanda rəhbərliyim altında 19 oyun keçirib. Bu, nə çoxdur, nə də azdır. Qrupda bizdən güclü komandalar çox idi. Hətta bu gün uduzduğumuz Lüksemburq da bizdən yaxşıdır. Milli komandaya rəhbərlik etmək asan iş deyil. Bəlkə də kimsə mənim məşqçi biliyimə, ağlıma şübhə edə bilər. Amma mən özümdən əminəm. Bilirəm ki, burada əlimdən gələnin 100 yox, 101 faizini etmişəm. Sadəcə, müəyyən problemlər var. Uzun müddət birlikdə oynamaq imkanımız olmur.

Oyuna azarkeş və ya jurnalist kimi baxmaqla baş məşqçi kimi baxmaq tamam fərqlidir. Düzdür, nəticə çox vacibdir. Sabah oyuna təkrar baxıb analiz etsəniz, inkişafı görə bilərsiniz. Son oyunlarda öz meydançamızda 3 qol buraxırıq. Bu, heç kim üçün xoş deyil. Amma reallıq başqa cürdür. İnkişaf nəzərə çarpır.

Belə bir oyundan sonra müqavilə barədə danışmağın mənası yoxdur. Noyabrın 30-dək sözləşməm var. Federasiya agentimlə danışacaq. Mən də peşəkar kimi müqaviləmin sonunadək işimin başında olacağam".

Təcrübəli mütəxəssis Tellur Mütəllimovun qırmızı vərəqə görməsinə də toxunub: "Azlıqda qalmağımız yaxşı hal deyil. Ümumiyyətlə, hakimlikdən narazı qaldım. Rəqib xeyli qayda pozuntusuna yol versə də, referi onları cəzalandırmırdı. Mənə bir şey də maraqlıdır ki, bu gün 11 nəfərlə oynasaydıq, nəticə necə olardı? Bayram günlərini davam etdirmək istəyirdik. Təəssüf ki, alınmadı. Azlıqda qalmağımız bizə çətinlik yaratdı”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

13:55

Quluzadə Belçikada medal qazandı

13:34

Karlos Teves xəstəxanaya yerləşdirildi

13:16

Venger bu məşqçiyə dəstək oldu: "Gedəcəyini çox tez dedi" 

12:58

"Hər şey mümkündür" - Kadi 

12:40

Azərbaycan çempionatı: Növbəti finalçı da müəyyənləşdi

12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

11:27

"Arsenal" 30 ildən sonra bunu bacaran ilk klub oldu

11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

10:26

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

10:07

Samir Abasov İspaniyada - Xavi ilə görüşəcək

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

01:20

“Arsenal” “Çelsi”ni darmadağın etdi

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

Facebookdan bizi izləməyi unutmayın.
X