12:30 24.11.2021 701

\"Çox dəyişikliyi xoşlamıram\" - Qurban Qurbanov

"Bu il Bakıda sonuncu avrokubok oyunumuz olacaq. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Futbolçuların istəyi və hazırlığı yaxşı səviyyədədir".

Fanat.Az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Kiprin "Omoniya" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis layiqli oyun göstərmək istədiklərini bildirib: "Sabah meydanda ən yaxşı oyunlarımızdan birini göstərməyə və nəticə qazanmağa çalışacağıq. Rəqib oyun sistemində bəzi dəyişikliklər edib. Meydanda daha diqqətli olmalıyıq. "Omoniya"nın sürətli hücumçuları var. Bunun üçün diqqətli olmalıyıq".

Qurbanov UEFA Konfrans Liqasında iki oyunlarının qaldığını xatırladıb: "Bu matçın nəticəsindən asılı olmayaraq bütün hər şey son görüşdə məlum ola bilər. Bizə hər oyun çox vacibdir. "Kayrat"la evdəki və səfərdəki matçlar vacib idi. Hər ikisində qalib gəldik. Sabahkı qarşılaşma da vacibdir. Futbolçularda arxayınlığın olmasını istəmirəm. Onlara hər matçda qalib gəlməyi və istəkli olmağı tapşırıram. Hər oyun kimi bu görüş də vacibdir. Amma "Bazel"lə İsveçrədəki qarşılaşma bundan da vacib olacaq. Hər oyunda diqqətli olmalıyıq. Mən və komanda "Omoniya" ilə qarşılaşmaya çox ciddi hazırlaşırıq".

Təcrübəli baş məşqçi oyun planında ciddi dəyişiklik olmayacağını sözlərinə əlavə edib: "Bütün oyunlarda cüzi də olsa dəyişiklik olur. Öz sistemimizi qorumağa çalışırıq. Çox dəyişikliyi xoşlamıram. 1-2 dəyişiklik ola bilər. Komandanın daha da məsuliyyətli və diqqətili olmasını istəyirik".

Mütəxəssis rəqibdən böyüş dəyişiklər gözləmədiyini söyləyib: "Oyunlarını təhlil edirik, hansı matçlarda neçə dəyişiklik etdiklərini bilirik. Həm çempionatda, həm də avrokuboklarda eyni sistemlə oynayırlar. Hücumda müəyyən dəyişikliklər edirlər. Onlar üçün də bu oyun vacibdir. Hücum planında sistemi dəyişiblər. Bu amil bizə problem yarada bilər. Buna hazırlıqlı olmalıyıq. Rəqibin bütün oyunçularını futbolçularımıza aşılamışıq".

Qurbanov İsmayıl İbrahimlinin öz formasını bərpa etdiyini diqqətə çatdırıb: "Futbolçumuzun oyun praktikası çatmır. Onun avaş-yavaş meydanda olmasını istəyirəm. Oyunun gedişatına baxacağıq. Düzdün dəyişiklik lazım olduğu anda İsmayılı meydana buraxmağı düşünürük".

Baş məşqçi qış transfer dönəmində heyətə oyunçu ala biləcəklərini də gizlətməyib: "Futbolçu tapmasam, bu heyət yetərlidir. Oyunçulara həddindən artıq güvənirəm. Çox gözəl komandamız, istəkli futbolçularımız var. Bir neçə oyunçu ilə heyəti daha da yaxşılaşdırmaq istəyirəm. Həm hücum xəttinə, həm də mərkəzə minimum iki oyunçu götürmək niyyətindəyəm. Amma olmasa belə, əlimdəki heyət yetərlidir. Gənc oyunçularımız da var. Sadəcə, ehtiyatlı davranmaq üçün bunu istəyirəm. Bəzən zədə, cəza, pandemiya dönənmində düşünmədiyin xəstəliklər ola bilər. Yenə də komandamdan razıyam, istənilən matçda maksimum gücümüzlə mübarizə aparmaq gücündəyik".

Mütəxəssis Ağdam təmsilçisinin fərqli turnirlərdə mübarizə apardığını bildirib: "Çətinlik çəkdiyimizi deyə bilmərəm. Futbolçuların təcrübəsi yetəri qədər artıb. Çempionatda az, avrokubokda isə çox azarkeş oyunlara tribunadan izləyir. Buna köklənmək bir az çətindir. Futbolçu yorğun olsa, azarkeş ona motivasiya verir. Bəzən heyətdə 3-4 dəyişiklik edirik. Bəzən əvəzləmə sayı az olur, elə olub ki, 5 oyunçu meydana buraxmaq istəmişəm. Futbolçular bu rejimə öyrəşiblər. Bu ay bizim üçün çətin olmayacaq. Çünki milli komandanın oyunları yoxdur. Bu hissədə matçlara hazırlaşmaqda elə çətinliyimiz olmamalıdır. Baxmayaraq ki, futbolçular ilin sonunda evə getməyi fikirləşir. Mənim üçün çətin odur ki, futbolçular evi fikirləşməsinlər".

O, Azərbaycan təmsilçilərinin Kiprdəki matçlarda təxribatla üzləşməsinə də toxunub: "Bela hallar futbolçuların mübarizəni daha da artırır. Azarkeşlərin çılğınlığı normaldır. Fransa çempionatında “Lion” – “Marsel” oyununda da bu tip hadisələr yaşanıb. Bunlar normal hallardır. Təxribat isə fərqlidir. Bizə qarşı başqa təxribatlar olub. Belə hallar mənim futbolçularımı, əksinə daha motivasiyalı edib".

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq. (Report.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

10:12

Tuxel "Bayern"də  qalacaq - Yalnız bir tələbi var

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

09:00

Alleqri İtaliya futbolunun tarixinə düşdü - Rekord

02:18

"Atletiko"ya Qrizmann təkbaşına qələbə qazandırdı

02:09

PSJ-dən çətin qələbə, "Olimpik Marsel" uduzdu

01:57

İtaliya Kubokunun qalibi bəlli oldu

01:24

"Mançester Yunayted"lə "Çelsi"dən çətin qələbə

15 May 2024
22:44

Ukrayna Kubokunun qalibi bilindi

20:00

Sadio Mane Avropaya qayıdır - Yeni klubu bilindi

19:20

Ərəblər İstanbul nəhənginə fantastik maaş təklif etdi - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X