13:06 25.11.2021 479

Dostluq pozulacaqmı?

Futzal üzrə I Liqada bu həftə keçiriləcək “Forza Neftçi” – “Standard” isə turnir cədvəlindəki ikihakimiyyətliliyə son qoya bilər.

Belə ki, arxada qalan 7 tur ərzində cəmi iki komanda – “Standard” və “Forza Neftçi” xal itkisi ilə üzləşməyib.

Tərəflər hərəyə 21 xal toplayıb. Noyabrın 26-da keçiriləcək dueldə komandalardan biri məyus ola bilər. Bəs vacib oyunöncəsi klub rəsmiləri nə düşünür? Dostluq pozulacaqmı?

Bu barədə onlar Futzal Federasiyasının mətbuat xidmətinə danışıblar:

Əfqan Camalov (“Standard”ın baş məşqçis): “Mövsümə başlayanda hər bir komanda qarşısına konkret məqsəd qoyur, özü üçün hədəflər müəyyənləşdirir. Çalışır ki, hədəflərə addım-addım yaxınlaşsın. Hələ ki, çempionatda işlərimiz istədiyimiz kimi gedir. Bu turda zirvəyə iddialı komandalardan olan “Forza Neftçi” ilə qarşılaşacağıq. Hər iki komandanın məqsədi eyni olduğuna görə, görüşün gərgin keçəcəyini bilirik. Üstəlik, cari mövsümdə məğlubiyyət xanası sıfır olan məhz bu iki komandadır. Çempionluğa iddialıyıq, bunu illərdir çıxışımızla sübut edirik. Yəni çalışırıq hər dəfə yaxşı kollektiv toplayaq, birinci yer uğrunda mübarizə aparaq. Oyunçularıma güvənirəm, yaxşı heyət toplamışıq. İndi qalır hədəfə çatmaq, məqsədə nail olmaq. Əlbəttə, bu oyun çempionluğun taleyini həll etmir. Çünki qarşıda çox oyunlar var. “Şuşa”, ADBTİA kimi digər iddialı rəqiblərimizi də yaddan çıxarmamalıyıq. Amma qazanılacaq qələbə növbəti matçlar üçün daha da stimul yaradacaq. Çalışacağıq ki, təmkinli olaq, öz oyunumuzu oynayaq. 

Qələbə qazanmaq istəyirik, amma fair-play hər şeydən öndə dayanmalıdır. Nəticə nə qədər önəmli olsa da, dostluğun qalib gələcəyinə inanıram.  Heyətimizdə zədəli futzalçılar var, ümid edirik ki, onlar “Forza Neftçi” ilə duelə qədər hazır olacaqlar”.

Sübhan Əliyev (“Forza Neftçi”nin kapitanı): “Maraqlı və baxımlı oyun olacaq. “Standard” Birinci Liqanın təcrübəli komandalarındandır. Uzun müddətdir onlar bu liqada çıxış edirlər. Heyətlərində də kifayət qədər təcrübəli futzalçılar cəmləşib. Bizim heyətimizdə də uzun illərdir futzal oynayan, müxtəlif komandaların heyətində mükafat qazanan oyunçular var. Yəni heyətlərə baxsaq, bu komandaların liderlər qrupunda yer alması əbəs deyil. Hər iki komanda adına layiq futzal nümayiş etdirəcək. Güc baxımından həm “Forza Neftçi”, həm də “Standard” Yüksək Liqada çıxış edə biləcək səviyyədədir. Federasiyanın gördüyü işləri də yüksək qiymətləndiririk. Meydana qələbə üçün çıxacağıq. Çünki qarşımıza çempion olmaq məqsədi qoyulub. Ən əsası, gözəl oyun olacaq. Hər iki komanda bir-birinə hörmətlə yanaşır və nəticədən asılı olmayaraq, meydanda dostluq qələbə qazanacaq. Təəssüf ki, hələ ki, çempionat oyunlarına azarkeş buraxmırlar. Amma biz nəticəmizlə özləri olmasa da, ürəyi bizimlə olacaq azarkeşlərimizi, dostlarımızı sevindirməyə çalışacağıq. Çünki qarşımıza çempion olmaq məqsədi qoymuşuq. Ona görə də bütün oyunlar bizim üçün final ab-havasında keçəcək”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

Facebookdan bizi izləməyi unutmayın.
X