İngiltərənin "Vest Hem" klubunun baş məşqçisi David Moyes ilk 4-lük uğrunda mübarizədən danışıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki 58 yaşlı mütəxəssis rəqabətin çətin olacağını vurğulayıb:
“Rəqabət aparmaq çətin olacaq. Bizim transfer etməyimiz üçün "Mançester Siti" kimi pulumuz yoxdur. Rəqabət aparmağın başqa yollarını axtarmalıyıq. İstədiyim yeganə şey ilk 4-lüklə rəqabət aparacaq qədər güclü olmaqdır”.
Xatrladaq ki, cari mövsüm İngiltərə Premyer Liqasının turnir cədvəlində "Vest Hem" 13 oyundan sonra 23 xalla 4-cü pillədə qərarlaşıb.