Cənubi koreyalı tanınmış cüdoçu An Çanqrim karyerasını bitirdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 27 yaşlı idmançı bu barədə "Instagram" hesabında paylaşım edib.
73 kiloqram çəki dərəcəsində 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibi və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olan cüdoçu fəaliyyətini məşqçi kimi davam etdirmək istədiyini yazıb.
Qeyd edək ki, An Çanqrim Olimpiadanın bürünc medal görüşündə Azərbaycan təmsilçisi Rüstəm Orucova qalib gəlmişdi.