14:34 10.12.2021 2736

"Qarabağ"a hansı rəqib uyğundur? - Şahin Diniyev şərh edir

"Hesab və oyun bir-birinə uyğun gəlməyən qarşılaşma idi. Hesaba baxsaq, 3:0 "darmadağın", və ya "bir qapı" anlamına gəlir, amma oyuna izləyənlər hər şeyin tam əksinə olduğunu bilir". 

Bu sözləri Fanat.Az-a açıqlamasında tanınmış futbol mütəxəssisi Şahin Diniyev "Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsində "Bazel"ə 0:3 hesabı ilə məğlub olduğu görüş barədə danışarkən deyib. 

"Qarabağ" məğlubiyyətə layiq oyun keçirmədi. Zubirin vurduğu qol sayılsaydı oyun tam başqa məcrada gedəcəkdi. Məsələn, hesabda geri düşən "Bazel" qol vurmaq ümidi ilə irəli atılacaqdı və belə olduğu halda boş zonalar yaranacaqdı. İstər-istəməz rəqib futbolçular hesabda geri olarkən daha əsəbi və gərgin olacaqdı. Bu təqdirdə "Qarabağ" hətta daha böyük hesabla da qalib gələ bilərdi. 

VAR-ın olmaması bir daha göstərdi ki, bu sistem futbolda böyük problemləri həll edə biləcək sistemdir. Kimsə VAR sisteminə əhəmiyyətsiz bir şey kimi baxırsa, deyim ki, VAR müasir futbolun bütün ayıblarını örtən bir sistemdir. "Qarabağ"ın ötən gün keçirilən oyunu da buna nümunədir. Bundan əlavə, VAR futbolçuların əziyyətinə, onların göstəricilərinə dəyər verən bir sistemdir. Bu mövzunun üstündə ona görə çox dayandım ki, bu, həqiqətən hamımıza təsir edir. Hər dəfə deyirəm ki, bu mövzuya toxunmayım, amma yenə də bu barədə danışmağa məcbur oluram", deyə Diniyev matçı dəyərləndirib. 

55 yaşlı futbol veteranı onu da qeyd edib ki, "Qarabağ" müdafiədə balansı qoruya bilmədi. Bu da təəccüblü deyil, qələbə mütləq şəkildə lazım idi. İlk 15-20 dəqiqə ərzində təmsilçimizin göstərdiyi futbol Çempionlar Liqası səviyyəsində olan oyun idi. Komandada olan hücum tempinə, sürətə, dinamikaya baxanda görsənir ki, həqiqətən də klub əla futbol nümayiş etdirir. Sadəcə əfsuslar olsun ki, soyuqqanlılıq çatışmazlığı və bəxt amilinə görə məğlub olduq. "Qarabağ" bir neçə il öncə topu hücuma daha ləng gətirirdisə, bu gün onlar rəqibdən top aldıqdan sonra dərhal hücum təşkil edirlər. 

Bir var nəticə, biri də var komandanın göstərdiyi oyun. "Qarabağ"ın qrup mərhələsində keçirdiyi 6 matça baxsaq, onların topa yiyələnməsi, bütün oyunlarda üstünlüyün onlara məxsus olması və "Qarabağ"ın hücum potensialının daha çox olması faktlarına söykənsək, deyə bilərəm ki, təmsilçimiz olduqca yaxşı oyun nümayış etdirib. Baxmayaraq ki, "Omoniya" ilə görüşdə son dəqiqədə qol buraxdı, və ya dünən məğlub oldu, oyun, sürət, motivasiya baxımından və digər komponentlərdə heç bir rəqibinə uduzmayıb". 

Bildiyiniz kimi, “Sparta” (Çexiya), PSV (Niderland), “Lester Siti” (İngiltərə), “Fənərbağça” (Türkiyə), “Seltik” (Şotlandiya), “Olimpik Marsel" (Fransa), “Midtyulland” (Danimarka), “Rapid” (Avstriya) kimi klublardan biri "Qarabağ"ın rəqibi ola bilər. Şahin Diniyev potensial rəqiblər arasından Ağdam klubunun "dişi"nə görə olan komandanın adını açıqlayıb: 

Avropa Liqasından gələn hər bir komanda "Qarabağ" üçün güclü rəqib sayılır. İstər "Lester" olsun, istərsə də "Rapid" və ya "Seltik". Onların heç biri zəif rəqib deyil və hər biri futbol oynamağı bacaran ölkələri təmsil edir. Bundan əlavə, pley-off mərhələsinə kimi klublarda dəyişikliklər olacaq. Yanvarda qış "transfer pəncərəsi" açılacaq. Bunu nəzərə almaq lazımdır. Maliyyə durumu imkan verən klublar heyətini gücləndirə biləcək. Avropa Liqasından gələn 8 komandanın hər biri reytinq baxımından "Qarabağ"dan üstündür. Avropa Liqası Konfrans Liqasından daha güclü yarış olması nəyinsə göstəricisidir. İstəklər çoxdur və fərqlidir. Şəxsən mən istərdim ki, "Fənərbağça" bizə rəqib düşsün. Fikrimcə, "Qarabağ" üçün daha uyğun rəqib məhz Türkiyə təmsilçisidir. Həm qardaş ölkədir,  həm də bilirəm ki, komandada işlər hazırda o qədər də yolunda getmir. 8 komanda arasında elə də böyük fərq görmürəm. Onların hər biri Avropa Liqasının uğursuz klublarıdır. Bundan da əlavə "Qarabağ" hazırda onların hər biri ilə oynaya biləcək durumdadır. 

Bir nüansı qeyd etməliyəm ki, UEFA-nın üç liqa yaratması olduqca yaxşı təşəbbüsdür. Heç bir komanda təsadüf nəticəsində böyük uğurlar qazana bilməz. Bundan əlavə oyunların sayı artır. Bu sarıdan gözəl bir sistem qurulub". 

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyun 2026
18:28

"Real" və "Liverpul" hərəkətə keçdi, Münhen nəhəngi masaya oturdu

17:24

Ekvador yığmasının baş məşqçisi Almaniya ilə görüşdə şanslarının gətirəcəyinə inanır

16:55

"Real Madrid" Valverdeni yox, bu iki futbolçusunu satır

16:14

DÇ-2026: İspaniya və Belçika millilərinin ikinci sınağı

16:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:53

"Qarabağ" Bədavi ilə müqavilə yenilədi

15:11

"Sabah" oyunçusu ilə vidalaşdı

14:52

"Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir" - Dik Advokat

14:15

Yaponiya millisinin baş məşqçisi darmadağından sonra belə danışdı

13:41

Azərbaycan boksçusu Dünya Kubokunda rəqib tanımadı

13:23

"Belə böyük ölkədən daha ədalətli oyun gözləyirdim" - Fil Dişi Sahili millisinin baş məşqçisi

12:37

Dubl etdi, oyunun ən yaxşı futbolçusu oldu

12:09

"Bu matçda mütləq qələbə qazanmalıydıq" - Ronald Kuman

11:47

AL: Azərbaycan yığması Portuqaliyaya qarşı

11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" - Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 İyun 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

22:17

"İnter"dən 50 milyonluq rəsmi təklif - Şərtlər qəbul olundu

21:52

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

21:14

"Komo"dan daha bir transfer bombası

20:43

"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib

20:18

"Beşiktaş" müdafiə xəttini gücləndirir

19:52

Alvares "Barselona"ya keçmək istəyir - Transfer şərti məlum oldu

19:21

"Liverpul"dan 115 milyonluq təklif

18:47

"Mançester Siti" transfer partlayışına hazırlaşır

18:22

Rafael Fiziyev Bakıya gəlib

17:38

Luçesku Yunanıstandan getdi - Yeni klubu da bilinir

17:01

"Neftçi" braziliyalı futbolçu ilə gücləndi - RƏSMİ

16:46

Acun Ilıcalıdan "Beşiktaş"lı futbolçuya rəsmi təklif - SON DURUM

16:11

Azərbaycan klubu məşqçisi ilə vidalaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X