UEFA Konfrans Liqasının qrup mərhələsində ən yaxşı qol adına namizədlər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, siyahıda "Qarabağ"ın futbolçusu Kadi Borgesin də qolu yer alıb.
25 yaşlı yarımmüdafiəçinin Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub etdikləri II tur oyunundakı ilk qolu fərqləndirilib. Matçda dubla imza atan braziliyalı oyunçu 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atıb.
Qeyd edək ki, qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq. Borges səsvermədə 9 futbolçu ilə yarışır.