11:44 15.12.2021 1050

“Qarabağ”ın “Marsel”lə qarşılaşması adi futbol matçı olmayacaq...

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində “Marsel”ə rəqib olması təbii olaraq müzakirələrə yol açdı. Bu da sözsüz ki, əbəs yerə deyil. Çünki Ağdam təmsilçisi səfər matçını ermənilərin Avropda ən çox məskunlaşdığı şəhərdə keçirəcək. Bu isə o deməkdir ki, sözügedən qarşılaşma təkcə adi futbol matçı olmayacaq, eyni zamanda siyasi cəhətdən də gərginliyi ilə yadda qalacaq.

Fanat.Az xəbər verir ki, “Qarabağ”a qarşı daha bir erməni təxribatının Fransada olacağını indidən təxmin etmək elə də çətin deyil. 

Hər halda Azərbaycan klubu bununla bağlı UEFA-ya müraciət ünvanlayacaq. Qitənin ali futbol qurumunun məsələyə necə yanaşacağını isə zaman göstərəcək. 

Çünki bununla bağlı müəyyən şübhələr də var. Hər halda “Bazel”lə matçda “Qarabağ”ın vurduğu təmiz qolun qeydə alınmaması hakim probleminin də komandamız üçün daim aktiv olduğuna işarədir. 

İsveçrədə yaşanan haqsızlıq bütün Avropada gündəm oldu. Prezident İlham Əliyev də “Qarabağ”ın üzvləri ilə sonuncu görüşündə bu məsələyə münasibət bildirdi və qeyd etdi ki, bu haqsızlıqlara görə hər kəs kimi onun da ürəyi ağrıyır: 

“Bu, Avropa turniridir, buraya Avropanın ən peşəkar, ən təcrübəli hakimləri cəlb olunur və bu oyunlarda hakimlik edirlər. Necə ola bilər ki, qapı xəttindən ən azı bir metr keçən topu görməyəsən. Yaxşı, sən görmürsən, korsan, yan hakim də görmür, o da kordur? Bu korları necə yığıb doldurublar buraya?! Nə üçün məhz “Qarabağ”ın oyunlarında biz bu biabırçı mənzərə ilə üzləşirik. Mən bunun cavabını bilirəm, siz də bilirsiniz, Azərbaycan xalqı da bilir: ədalətsizlik, ikili standartlar, bizə, ölkəmizə, - təkcə sizə yox, - ölkəmizə qərəzli münasibət”.

Üstəlik, “Marsel” azarkeşlərinin çılğınlığını nəzərə alsaq, komandamızı Fransada ağır sınaq gözləyir. Bu mövsüm Fransa Liqa-1-də 2 qarşılaşma marselli tərəfdarların davranışlarına görə təxirə salınıb. Belə ki, sentyabrın 23-də keçirilən “Anje” – “Marsel” matçında qonaq komandanın tərəfdarları meydana düşərək futbolçulara hücum etmişdi. Nəticədə Fransa Futbol Federasiyası oyunu təxirə salmışdı. 


“Lion” – “Marsel” matçında isə yerli azarkeşlər rəqib futbolçu Dimitri Payetin başına su şüşəsi atdığı üçün ara qarışmışdı və qarşılaşma dayandırılmışdı. Maraqlıdır ki, bu mövsüm Fransa liqasında azarkeş davalarına görə təxirə salınan matçların 3-ü məhz “Marsel”in adı ilə bağlıdır. 
 

“Marsel” azarkeşlərinin ən böyük qalmaqalı isə Türkiyə təmsilçisi “Qalatasaray”la matçda baş vermişdi. Yerli tərəfdarlar qardaş ölkədən olan fanatlara hücum çəkmişdi və meydana yad əşyalar atmışdı. Nəticədə matç bir neçə dəqiqəlik dayandırılmışdı. Fransız fanatlar “Qalatasaray”la oyunda stadionda erməni bayrağı açmaqdan da çəkinməmişdi. Belə ki, oyunun gedişində türk klubu olduğu üçün arenada bir neçə dəfə erməni bayrağı açılmışdı. 


 

Oyundan sonra isə Türkiyə təmsilçisinin baş məşqçisi Fatih Terim rəqib fanatları təxribata sövq etməkdə günahlandırdı: “Fransalı azarkeşlər tez-tez erməni bayrağı açırdılar. Bu, qarşıdurmaya sövq etməkdir”. 


“Qarabağ” üçün ən böyük xəbərdarlıq da elə məhz bu oyundur. Qardaş ölkədən olan fanatları təxribata çəkən marsellilərin “Qarabağ” tərəfdarlarına da bunu etməyə çalışacağı istisna deyil. Bayraqların açılmamasının qarşısını isə yalnız polis və UEFA ala bilər. 

“Marsel” azarkeşlərindən başqa həm də heyətində çıxış edən futbolçularla tanınır. Hazırda komandanın əsas oyunçuları türkiyəli Cengiz Ünder və fransalı Dmitri Payetdir. Həmçinin Fabien Bartez, Frank Riberi, Marsel Desai, Didye Droqba, Erik Kontana, Robert Pires kimi əfsanələrin yolu bu klubdan keçib. 



Qarabağ və Marsel adını bir-birinə bağlayan maraqlı bir məqam da var: 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyev Fransanın Ermənistana dəstəyinə belə münasibət bildirmişdi: “Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər?” (Hürriyət.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X