“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsində “Bazel”lə (İsveçrə) (0:3) matçdan sonra keçirilən mətbuat konfransında, görüşün baş hakimi Fran Yoviçin Ağdam təmsilçisinin qolunu hesaba almamasına münasibət bildirib və ədalət təmsilçiləri ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az bu günə qədər heç yerdə yayımlanmayan mətbuat konfransının videosunu təqdim edir:
Qeyd edək ki, sözügedən matçdan sonra qrupda 2-ci olan "Qarabağ" Konfrans Liqasının "pley-off" mərhələsində iştirak etmək hüququ qazanıb. Ağdam təmsilçisi 1/8 finala vəsiqə uğrunda Fransa "Marsel"i ilə qarşılaşacaq. "Qarabağ" ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.
Röya