
Mövsümün ikinci yarısına hazırlığı Bakıda keçirəcək iki klubdan biri "Səbail"dir.
Fanat.Az xəbər verir ki, ölkə xaricinə çıxmağa vəsait tapmayan və ya bunu əlavə xərc hesab edən Bayıl təmsilçisi əvəzində, borclarını ödəyib.
Kluba yaxın mənbədən əldə etdiyimiz məlumata görə, bayram günlərində komanda üzvlərinə iki ayın maaşını veriblər. Məsələ burasındadır ki, "Səbail"də iyul və noyabr aylarının maaşı ödənməmişdi. Beləliklə, klub futbolçulara yalnız dekabr ayının əməkhaqqısını borclu qalıb.
Mirağa