14:40 02.01.2022 728

İlin ilk sınağına ön söz: Alesio tükənib?

2022-ci ildə ilk ciddi yarış məsuliyyəti futzal üzrə millimizin üzərinə düşür. Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv yanvarın sonu-fevralın əvvəlində Avropa çempionatının final mərhələsində mübarizə aparacaq. Qitə çempionatının 16 ən güclü komandası qalib adı uğrunda yarışacaq ki, millimizin o siyahıda olması sevindirməyə bilməz. Ancaq...

Niderlandda baş tutacaq final mərhələsinə təxminən iki həftə vaxt qalır. Daha doğrusu, gələn həftənin ortalarından hazırlığa start verəcək millinin ixtiyarında bu qədər vaxt olacaq. Bəlkə də yaxşı hazırlaşacaqlar və 2010-cu ildəki uğurun sevincini yenidən bizə yaşadacaq, hətta Avropanın mükafatçıları sırasına düşəcəklər. Amma real yanaşsaq, futzal millimizin nəinki özünün tarixi göstəricisini yaxşılaşdıracağı, hətta qrupdan çıxacağı belə inandırıcı səslənmir. Həyəcan təbilini indidən səsləndirmək üçün yetərincə əsas var. 

Ordan başlayaq ki, Alesionun komandası ötən ay Ukrayna ilə yoldaşlıq görüşlərində ümid vermədi. Futzalçılarımız Bakıda baş tutan iki oyunda da rəqibinə 4 top fərqi ilə (0:4 və 1:5) uduzdu. Etiraf etmək lazımdır ki, rəqib komandamıza heç bir şans vermədi. Baxmayaraq ki, braziliyalı mütəxəssis bu oyunlarda optimal heyətdən yararlandı. İspaniyada və Fransada çıxış edən braziliyalı legionerlər Tyaqo, Qalo, Vilela və Fineonun heyətə cəlb olunmasına baxmayaraq, ukraynalılar hər iki görüşdə bizimkilərə "dərs keçdi". Adətən taktiki sürprizlərinə şahid olduğumuz Joze Alesio Da Silva da qeyri-adi heç nə ilə yadda qalmadı.

Ümumiyyətlə, sanki Alesioda "tükənmişlik sindromu" müşahidə olunur. Düzdür, komandanı AÇ-nin final mərhələsinə məhz o çıxarıb. Ancaq son dünya çempionatına vəsiqə qazana bilməməyimiz və braziliyalının rəhbərlik etdiyi "Araz Naxçıvan"ın Çempionlar Liqasındakı uğursuzluğu uzaq keçmiş deyil. Bura Ukrayna ilə oyunları da əlavə etsək, həyəcanlanmamaq olmur.

Təbii ki, baş məşqçi də yoldaşlıq görüşlərindən sonra verdiyi açıqlama ilə zəif oynadıqlarını etiraf etmiş, problemdən çıxış yolu axtardığını bildirmişdi. Ancaq Alesionun son vaxtlar adət etdiyimiz fikri ilə razılaşmaq olmur. Millinin çalışdırıcısı oyun planında geriliyin olmasını legionerlərin onun oyun sisteminə yadırğamaqları ilə əlaqələndirir. Hesab edin ki, futbol üzrə hansısa yığma komandanın baş məşqçisi futbolçusunun xarici klubda oynamasına etiraz edir, onun başqa məşqçinin taktiki sxeminə uyğunlaşmasına narazılıq bildirir. Yığma məşqçisinin elə lüksü yoxdur ki, milli üzvləri onunla bir yerdə yatıb bir yerdə dursunlar. Bu fikirlə Alesio Xətai Bağırov, İsa Atayev kimi istedadlı yerli futzalçıların da gözünü qorxudur ki, onun klubunda ("Araz Naxçıvan"da) oynamasalar, yaxud xaricə yollansalar, millidə millidə işləri yolunda getməyəcək. Halbuki, yığma məşqçisinin işi fərqli klublardan gələn futbolçuları istədiyi taktiki sistemə uyğunlaşdırmaqdır. Hələ onu demirik ki, Tyaqo, Qalo, Vilela, Fineo, həmçinin, qeyri "Araz Naxçıvan"lılar da yaxın keçmişdə Joze Alesio Da Silvanın çalışdırdığı klubda yer alıb. Yəni yığma üzvlərindən kimsə ilk dəfə deyil onun taktikasını öyrənir. Sözsüz ki, braziliyalı mütəxəssisin fikirləri bəhanədir və onun məsul yarış ərəfəsində belə açıqlama verməsi yaxşı səslənmir.

Milliyə son iki yoldaşlıq görüşündəki nəticəyə əsasən qiymət vermək tam doğru deyil. Alesio ukraynalılarla oyundan nə ibrət götürdü, deyə bilmərik, ancaq diqətimizi milli üzvlərinin, xüsusilə də legionerlərin həvəssiz, həddən artıq ehtiyatlı oynamaları, mübarizələrə girişməmələri daha çox çəkdi. Mümkündür ki, braziliyalılar ilin sonunda klublarındakı oyunları düşünüb özlərini çox yormadılar, bayrama zədəli yollanmaqdan ehtiyatlandılar. Bir sözlə, "çamodan əhval-ruhiyyəsi"ndə olan braziliyalılar son oyunlarda can qoymadılar. 

Millinin son durumu AÇ-yə bir neçə gün qalmış Belçikayla səfərdə baş tutacaq yoldaşlıq görüşündə daha aydın görünəcək. Ümid edək ki, final mərhələsinə yanaşma fərqli olacaq. Bu yarış bir neçə futzalçımızın millidə son çıxışı, vida oyunları olacaq, karyeralarını başa vuracaqlar. Odur ki, yığmadakı son cəhddə uğur qazanmaq istəyəcəklərinə inanaq. Digər tərəfdən, heyətdə mümkün dəyişikliklər də gözlənilir. Bir sözlə, ümidsizliyə qapılmayaq və düşünək ki, son uğursuzluqdan yaranan inamsızlıq keçicidir, bizi tərk edəcək.              

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X