
2021-ci ilin oktyabrında "Səbail"lə yollarını ayıran Şahin Zəkiyevin yeni klubu məlum olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 22 yaşlı qolkiper "Turan Tovuz"la anlaşıb.
Onun bu gün Tovuza yollanaraq rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, "Keşlə"nin yetirməsi olan Zəkiyev iki il əvvəl üz tutduğu "Səbail"lə müqaviləni oktyabrda qarşılıqlı razılıq əsasında pozmuşdu. O, noyabrda Polşanın aşağı liqa təmsilçisi "Mamri" ilə anlaşsa da, koronavirus testi pozitiv çıxdığı üçün səfərə yollana bilməmiş, keçidi baş tutmamışdı.
Mirağa