12:12 13.01.2022 412

"Hədəfimiz qrupdan çıxmaqdır" - Federasiya prezidenti

Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov millinin üzvləri ilə görüşüb. 

Fanat.Az xəbər verir ki, Axundov görüşlə bağlı, eləcə də millinin qatılacağı Avropa çempionatı barədə fikirlərini bölüşüb:  

"Bu gün görüş keçirdik. Məşqçilər korpusu gündəlik olaraq, hazırlıq prosesi haqqında bizə məlumatlar verir. Demək olar ki, komanda Avropa çempionatına 90 faiz hazırdır. Məşqçilər korpusunun dediyinə əsasən, az işlər qalıb. Bu da taktiki məsələrdir və qarşıdakı həftə ərzində bitirəcəklər. Sevindirici haldır ki, heç bir oyunçuda zədə yoxdur".

Axundov qitə birinciliyindəki hədəfləri barədə də danışıb: "Tək baş məşqçi ilə yox, bütün oyunçularla danışmışıq. Hər Avropa çempionatında olduğu kimi, burada da ilk hədəfimiz birinci oyunda qələbə qazanmaq və ardınca qrupdan növbəti mərhələyə adlamaqdır. Ondan sonra hər şey püşkatmadan asılı olacaq. Bu isə sonranın işidir. Ən asası, ilk görüşdə debütant Gürcüstan millisinə qarşı uğurla çıxış etməkdir".

AFF prezidenti futzalda zəif komandanın olmadığını sözlərinə əlavə edib: "Hansısa milli komanda Avropa çempionatının final mərhələsində çıxış edirsə, deməli, buna layiqdir və güclü komandadır. Amma futzalın da öz qaydaları var. Birinci oyun həmişə çətin və ağır olur. Komanda futzal oynamağa ilk oyunun ikinci hissəsində başlayır. Bu səbəbdən, əsas məsələ komandanı ilk görüşə kökləməkdir. Çempionatdan öncə də kollektivlə görüşümüz olacaq. Layiqincə çıxış edəcəklərinə ümid edirəm. Biz 6-cı dəfə bu yarışda iştirak edəcəyik. Əsas hədəf hazırda ilk matça köklənməkdir. Qrupdakı komanda sayının önəmi yoxdur. Birinci qarşılaşmadan sonra komandanın hansı səviyyədə olduğu bilinir".

Qeyd edək ki, Azərbaycan millisi D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 May 2024
15:20

Lopeteqi Bundesliqa yolunda - Danışıqlar başladı

14:54

De Zerbi karyerasını davam etdirmək istədiyi klubun adını açıqladı

14:28

Postekoğlu "Tottenhem"də köklü dəyişiklik tələb edir

13:55

Ozan Can oynadı, “Eyndhoven”...

13:33

"Sponsor olmadan mübarizə aparmaq çətindir" - "Kəpəz"in İdarə Heyətinin üzvü

13:15

Azərbaycan millisinin üzvü Qazaxıstan klubundan ayrıldı

12:57

Avropa Kuboku: Millimiz bürünc mükafat qazandı

12:30

Şahmatçılarımız 125 min dollarlıq yarışda mübarizəyə başlayır

12:06

AÇ-2024-lə bağlı yeni qərar: UEFA Fransanın etirazına baxmadı

11:40

Qvardiola bütün İngiltərənin "ürəyinə su səpdi" - "Məndə belə hiss var ki..."

11:15

"Real" La Liqa çempionluğunu bayram etməyəcək - SƏBƏB

10:52

La Liqada ayın ən yaxşısı bilindi

10:28

Emin Mahmudov "Qarabağ"la matçda oynamayacaq - RƏSMİ

10:09

Avropa Kubokunun püşkü atıldı - Göygöldə

09:50

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

09:25

MPL: "Sumqayıt"ın Tovuz səfəri, "Neftçi" "Qarabağ"a qarşı - YENİLƏNİR

09:00

Messidən "İnter Mayami"yə fantastik qazanc - Klub funksioneri yeni büdcəni açıqladı

01:25

İPL: "Everton" səfərdə büdrədi

00:57

Tur "sülh"lə start götürdü

00:33

"Beşiktaş" son dəqiqə qolu ilə 3 xal qazandı

03 May 2024
21:56

"Prezident Kuboku-2024": Bağlanış mərasimi keçirildi

21:18

"Həyatımın yarıdan çoxunu bu klubda keçirdim" - Marko Roys

20:54

MY ilə "Barselona" yarımmüdafiəçilərini dəyişirlər

20:28

"Qalib gəlsəydik, bu insident yaşanmayacaqdı" - Klopp Salahla mübahisəsindən danışdı

19:30

Mourinyu AÇ-2024-ün favoritlərini açıqladı

18:45

Ronaldo "Valyadolid"i də satacaq? - AÇIQLAMA

18:14

"Qarabağ" - "Neftçi" görüşünün hakimi bəlli oldu

18:00

"Nyukasl" iki oyunçusuna fantastik qiymət qoydu - MƏBLƏĞ

17:41

Azərbaycan Dünya Olimpiya Təsnifat turnirinə 9 güləşçi ilə qatılacaq

17:22

"Mançester Yunayted" ten Haqla bağlı qərarını verdi

17:05

"Kəpəz" "Sumqayıt"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:50

Final oyununun hakimləri bilindi

16:36

Dortmund "Borussiya"sı Roysla bağlı qərarını açıqladı

16:27

Rüstəm Məmmədov "Şamaxı"ya məğlubiyyətin səbəblərini dedi

16:01

Ançelotti "Bayern"ə qarşı hansı qapıçını oynadacaq? - Özü dedi

15:41

Güləş üzrə U-23 Avropa çempionatı Bakıda keçiriləcək

15:29

Klopp Salahın "Liverpul"da qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırdı

15:10

"Prezident Kuboku": Azərbaycan beynəlxalq reqatanı 9 medalla başa vurdu

14:55

"Sıralarımıza daha çox gənclərin qoşulması ilə barışmaq lazımdır" - Erik ten Haq

14:38

“Prezident Kuboku 2024”: Azərbaycandan səkkizinci medal

Facebookdan bizi izləməyi unutmayın.
X