Niderlandın Veyk-an-Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə “Tata Steel Masters” superturniri davam edir.
Fanat.Az xəbər verir ki, bu gün yarışda 4-cü turun görüşləri keçiriləcək. Əvvəlki partiyalarının hamısını heç-heçə başa vuran 36 yaşlı qrossmeysterimiz bu dəfə Polşa şahmatçısı Yan-Kşiştof Duda ilə üz-üzə gələcək. Məmmədyarov Dünya Kubokunun son qalibinə qarşı ağ fiqurlarla oynayacaq.
Qeyd edək ki, 14 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa yanvarın 30-da yekun vurulacaq.
"Tata Steel Masters"
IV tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Yan-Kşiştof Duda (Polşa)
Sem Şenklend (ABŞ) - Rixard Rapport (Macarıstan)
Rameşbabu Praqnanandxa (Hindistan) - Nils Qrandelius (İsveç)
Maqnus Karlsen (Norveç) - Yorden Van Forest (Niderland)
Sergey Karyakin (Rusiya) - Aniş Giri (Niderland)
Vidit Santoş Qudjarati (Hindistan) - Andrey Yesipenko (Rusiya)
Fabiano Karuana (ABŞ) - Daniil Dubov (Rusiya)
Xal durumu: Qudjarati - 2,5, Duda, Karlsen, Rapport, Yesipenko, Van Forest - 2, Məmmədyarov, Karuana - 1,5, Karyakin, Praqnanandxa, Giri, Dubov, Şenklend -1, Qrandelius - 0,5.
Sahib