22:00 28.01.2022 748

Portuqaliya Qran-Prisi: Cüdoçumuz \"gümüş\"lə kifayətləndi

Azərbaycan cüdoçusu Balabəy Ağayev Portuqaliya Qran-Prisində final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 60 kq çəki dərəcəsindəki həlledici qarşılaşmada rəqib koreyalı Harim Li olub. Mübarizədən məğlub ayrılan Ağayev gümüş medalla kifayətlənib.

***

Azərbaycanın iki cüdoçusu Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri turnirində mübarizəyə qoşulub.

Fanat.Az xəbər verir ki, ilk yarış günündə 60 kq-da çıxış edən Balabəy Ağayev və Rövşən Əliyev tatami üzərinə çıxıb.

1/16 finalda özbəkistanlı Bahrom Baturova qalib gələn Ağayev ardından isveçrəli Lionel Şvanderdən də üstün olub. 1/4 finalda Monqolustan təmsilçisi Tsoqt-Oçir Byambajavı yenən cüdoçumuz yarımfinalda yaponiyalı Taiki Nakamuranı da məğlub edərək finala yüksəlib.

Əliyev isə startda braziliyalı Allan Kuvabara ilə dueldən qalib ayrılsa da, 1/8 finalda monqolustanlı Sumiyabazar Enhtayvana uduzaraq yarışla vidalaşıb.

Qeyd edək ki, Azərbaycanın digər 3 cüdoçusu - Adil Kərimli (100 kq), İmran Yusifov və Uşanqi Kokauri (hər ikisi +100 kq) mübarizəyə yanvarın 30-da qoşulacaq.

***

Bu gün Portuqaliyanın Almada şəhərində cüdo üzrə Qran-Pri turniri start götürəcək.

 

Fanat.Az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın iki kişi cüdoçusu qüvvəsini sınayacaq. Onların hər ikisi 60 kiloqram çəki dərəcəsində yer alıb.

Balabəy Ağayev startda özbəkistanlı Bəhram Baturovun, Rövşən Əliyev isə braziliyalı Alan Kuvabaranın müqavimətini qırmağa çalışacaq. Hər iki təmsilçimizin görüşü 1/16 final mərhələsinə təsadüf edəcək.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycanı yarışda 5 kişi cüdoçu təmsil edir. 41 ölkədən 301 (179 kişi, 122 qadın) idmançının qatıldığı Qran-Priyə yanvarın 30-da yekun vurulacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

Facebookdan bizi izləməyi unutmayın.
X