
Azərbaycanlı müdafiəçi Turan Manafovun icarə əsasında çıxış etdiyi "Olimpiakos Volos" növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, qış fasiləsində "Səbail"dən ayrılaraq Yunanıstanın ikinci liqa təmsilçisinə yollanan Turanın komandası XIV tur çərçivəsində səfərdə "Apollon"la qarşılaşıb.
Görüş 1:1 hesabıyla yekunlaşıb. Start "11-lik"də yer alan Turan sonadək oynayıb.
Qeyd edək ki, "Olimpiakos Volos" keçirdiyi 13 oyunda cəmi 10 xal toplayaraq 17 komandanın iştirak etdiyi yarışda 15-ci pillədə qərarlaşıb.
Mirağa