Azərbaycan Üzgüçülük Federasiyasının rəhbər heyəti Avropa Üzgüçülük Federasiyasının (LEN) Hesabat-Seçki Konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, konfransın gündəmindəki əsas məsələ büronun hesabatının dinlənilməsi, yeni tərkibdə yenidən seçilməsi olub. Almaniyanın Frankfurt şəhərində təşkil olunan tədbirdə Azərbaycanı vitse-prezidentlər Elçin Həsənov və Mark Koqanov, baş katib Fərid Bənənyarlı təmsil edib.
Konqres zamanı LEN-in prezidenti Paulo Barelli çıxış edib və nitqinin sonunda öz vəzifəsindən istefa verdiyini elan edib. Bundan sonra yeni prezident seçkiləri keçirilib və portuqaliyalı Antoniu Silva LEN-in yeni prezidenti seçilib.